Benzin və dizelin qiymətinin artacağı ilə bağlı yayılan fikirlərə NÖQTƏ QOYULDU MÜHÜM AÇIQLAMA KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
“Luqansk və digər Rusiyanın işğal etdiyi bölgələrdə yanacaq böhranı yaşanması Azərbaycanda benzinin qiymətinə təsir göstərməyəcək”
Bu fikirləri nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev KONKRET.az-a açıqlamasında səsləndirib.
Ekspert bildirib ki, Ukraynanın Rusiya neft emalı zavodlarına təşkil etdiyi dron hücumları səbəbindən son vaxtlar bu ölkədə yanğınlar baş verir və beləcə yanacaq qıtlığına gətirib çıxarır:
“Bunun Azərbaycana təsirləri yoxdur. Azərbaycan Rusiyadan benzin idxal etmir. Ona görə də ölkədə yanacaq qıtlığına və qiymətlərə təsir etməyəcəyini düşünürəm”.
Ekspertin sözlərinə görə, dünya bazarında belə hadisələr müəyyən təşviş yaradır və neft məhsullarının qiymətində dalğalanmalara səbəb olur:
“Əslində bu, real dəyişiklik deyil. Yaranan ajiotaj nəticəsində qiymətlər təlatumlu olur. Amma Azərbaycanın yanacaq bazarına birbaşa təsiri yoxdur. Ona görə də ölkədə benzinin və dizelin qiymətinin artacağı ilə bağlı fikirlərə qatılmıram”, – Mustafayev vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 01 Sentyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















