Bəqai: London, Berlin və Paris Tehran Vaşinqton danışıqlarında mühüm rol oynamalıdır
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran Böyük Britaniya, Almaniya və Fransanı Tehran və Vaşinqton arasında aparılan danışıqlarda konstruktiv rol oynamağa çağırıb.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai bildirib.
"Avropa ölkələri ("Avropa üçlüyü" kimi tanınan Böyük Britaniya, Almaniya və Fransa 2015-ci ildə İranın nüvə proqramı üzrə sazişin imzalanmasında iştirak edib) danışıqlarda konstruktiv rol oynayaraq öz mövqelərini bərpa etmək, yoxsa qeyri-konstruktiv qüvvələr kimi hərəkət etmək istədiklərinə dair qərar verməlidirlər", - o qeyd edib və “Avropa üçlüyü”nün hazırkı fəaliyyətini qeyri-konstruktiv adlandırıb.
XİN nümayəndəsinin sözlərinə görə, İran Avropa ölkələri ilə əlaqə saxlayır və onları Maskat prosesinin gedişi barədə məlumatlandırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 21 Aprel 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















