Icma.az
close
up
RU
Berbok Bakıda gizlicə kimlərlə görüşüb? Şounun mərkəzindəki qadın...

Berbok Bakıda gizlicə kimlərlə görüşüb? Şounun mərkəzindəki qadın...

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Almaniya xarici işlər naziri Annalena Berbokun Bakıya səfəri bir neçə məqamla diqqət çəkir. O, əvvəlcə Ermənistana, ardınca isə Bakıya səfər edib. Berbokun səfəri COP29-dan daha çox, siyasi gediş kimi dəyərləndirilir. Digər tərəfdən isə Turan Agentliyinə gedib, bir neçə siyasi fəalla görüşüb, söhbətlər aparıb və s. Bu cür missiya ilə adətən ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton çıxış edirdi. O, Azərbaycana səfər edərkən bir neçə ictimai-siyasi fəal və QHT üzvləri ilə görüşmüşdü.

Berbokun timsalında Almaniyanın bu addımı Bakıya qarşı demarşdırmı?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Berbokun ilk səfər marşrutunu Ermənistan üzərindən müəyyənləşdirməsi, sonra isə Azərbaycanda COP29-un məqsədlərinə və çağırışlarına uyğun olmayan hərəkətləri iflas etməkdə olan Almaniya xarici siyasətinin son siyasi şousu kimi yadda qaldı:

“Almaniyanın sonuncu hökuməti iqtisadi, Avropa və digər münasibətlər kontekstində küncə sıxışıb. Bu isə alman xalqı tərəfindən xoş qarşılanmır. Hakim partiyanın siyasi reytinqi cəmi 14 faizdir. Yəni Berbokun hərəkətləri Almaniya xalqı tərəfindən də xoş qarşılanmır. Digər tərəfdən Almaniya ABŞ-ı təkrar etməyə çalışırsa, ilk növbədə rəsmi Vaşinqtonun ekspansiyasından xilas olmağı bacarmalıdır. Öz ölkəsindəki 26 rəsmi, 40-dan çox qeyri-rəsmi ABŞ hərbi bazasından qurtulmalıdır. ABŞ-ın təzyiqi altında qonşu ölkələrlə müharibədə tərəf olmaqdan çəkinməlidir.

Hillari Klinton və Annalena Berbok

Almaniya dünya avtomobil sənayesində çox mühüm yer tutsa da, bu ölkənin avtomobil nəhəngləri yavaş-yavaş iş yerlərini azaltması, zavod və fabriklərini bağlaması ilə diqqət çəkir. Bu da məhz Berbokun mənsub olduğu indiki Almaniya hakimiyyətinin ayağına yazılacaq ”.

Deputatın sözlərinə görə, Berbokun Azərbaycanda bir sıra müxalifmeyilli insanlarla görüşməsinin müəyyən səbəbləri var:

“Məlum olduğu kimi, hələ 2013-cü ildən bəri Amerika Azərbaycana qarşı mövqe nümayiş etdirir. Lakin belə planlar iflasa uğrayıb. Berbok da bunu yenidən həyata keçirmək istəyirsə, əmin olsun ki, hələ o dövrdə ərazi bütövlüyünü bərpa etməmiş ölkədə güclü Merkel Almaniyasının şouları baş tutmadısa, Şolts Almaniyasının şouları sadəcə ironiya və gülüş doğuracaq”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 07:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri