Bərdədə həkimə hökm oxunub
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Bərdədə doğuşdan 3 gün sonra aparılan cərrahiyyə əməliyyatının nəticəsində vəfat edən qadının ölümündə təqsirləndirilən rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı Zaur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Bərdə Rayon Məhkəməsində hakim Ziya Abdullayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən həkim 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə 2023-cü ildə Bərdə rayonunda baş verib. 1999-cu il təvəllüdlü Nəsibə Əlizadə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirib. Evə buraxılan qadının səhhəti pisləşib və o, yenidən xəstəxanaya müraciət edib. Müayinələrdən sonra əməliyyata götürülən N. Əlizədənin əməliyyatdan sonra vəziyyəti ağırlaşıb və onun həyatını xilas etmək mümkün olmayıb.
Ölüm faktı ilə bağlı cinayət işi başlanıb. Həkimə Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddə ilə ittiham irəli sürülüb. Məhkəmə istintaqı zamanı isə bu, Cinayət Məcəlləsinin 142.4-cü (Tibbi xidmətin göstərilməsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
Məlumata görə, Z.Əliyev bundan əvvəl Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib, məhkumluğu ödənilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 09 Oktyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















