Bərdədə narkotik əməliyyatı: külli miqdarda marixuana və həşiş tapıldı
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bərdədə 10 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Miranə Nuruşova saxlanılıb. Ondan satış məqsədilə əldə etdiyi ümumilikdə 10 kiloqramdan artıq marixuana və həşiş aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. M.Nuruşova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Baxış sayı:171
Bu xəbər 17 İyun 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















