Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Məzarı üstdə “Qalatasaray” bayrağı da ucalan şəhid zabitimiz

Məzarı üstdə “Qalatasaray” bayrağı da ucalan şəhid zabitimiz

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kapitan Fərid Dursunov vəsiyyətində və son döyüşü öncəsi avtomobildə qoyduğu məktubda nə yazmışdı? 


“Ağlamayın!.. Axı siz niyə ağlayırsız?.. Mənim atam Vətən uğrunda şəhid olub! Torpaqlarımızın azadlığı yolunda qurban gedib! Döyüşsüz, mübarizəsiz, ölümsüz düşməni necə qovmaq, işğala son qoymaq olar?! Ağlamayın...”


Bu sözləri şəhid kapitan Fərid Dursunovun 10 yaşlı oğlu İsa onun dəfni zamanı hönkürən anasına, nənəsinə üz tutaraq gözyaşı içərisində söyləyib. Elə beləcə deyib, deyib və qəhrəman atasının yolunu davam etdirəcəyinə söz verib, özü də daim ana Vətənin keşiyində duracağına and içib. Bəli, Azərbaycan ona görə yenilməzdir ki, belə oğulları var, övladlarının oğulları, qızları da ulu yurd üçün mücadiləyə hazırdırlar, hətta ana bətnindəkilər, zərr aləmindən qopub bu cahana yön alanlar da torpaq, xalq, el-obadan ötrü canlarını, qanlarını əsirgəməzlər...   


Şəhid zabitin atası Fazil kişi ilə çalışdığı "Zaqatala AGRO İndustry" MMC-nin tütün qəbulu məntəqəsində tanış olub söhbətləşdik. Çoxillik jurnalist təcrübəsi və fəhmi ilə qarşımdakı şəxsin sıradan bir adam olmadığını, dünyanın sərt üzünü gördüyünü, həyatın çoxsaylı çətin imtahanlarından keçdiyini hiss edirəm. Söhbət əsnasında ağsaqqalın 1961-ci il aprelin 1-də doğulduğu, 1979-80-ci illərdə Əfqanıstan savaşının alovlarından keçdiyi məlum olur. 1984-cü ildə Bakı Yeyinti Sənayesi Texnikumunu tütünçü-texnoloq ixtisası üzrə bitirib. Qax tütün qəbulu məntəqəsində, doğulub böyüdüyü Qorağan kəndində baş aqronom işləyib. Mirvari xanımla ailə həyatı qurub, Allah ailəyə 3 oğul qismət edib, üçü də hərbçi peşəsini seçib. Üçü də milli ordu sıralarında gənclərin hərbi vətənpərvərlik ruhunda, peşəkar hərbçilər səviyyəsində yetişmələrinə, silahların, hərbi texnikanın sirlərini öyrənmələrinə töhfə veriblər. 2020-ci il sentyabrın 27-də başlayan Vətən savaşına, düşmənlə ölüm-dirim savaşına atılıblar. Sentyabrın 29-da tale bahadırlar ailəsini növbəti dəfə ağır sınağa çəkib – kapitan Fərid Dursunov Murovdağ istiqamətində gedən döyüşlərdə mərdlik göstərərək şəhadət zirvəsinə yüksəlib.

Nə qədər səbrli, dözümlü, iradəli olsa da, bir ata üçün bala itkisi çox ağırdır, üzücüdür. Fazil dayı da şəhid oğlu haqqında çətinliklə danışır, tez-tez ah çəkir, qəhərlənir, fikrə dalır, qayğılı gözləri uzaqlara zillənir... Onun xəyallarında Fərid yenidən doğulur, böyüyür, boya-başa çatır... 1992-2003-cü illərdə Qax rayonu Qorağan kənd tam orta məktəbində oxuyur. Zabit olmaq arzusu ilə sənədlərini Azərbaycan Ali Hərbi Məktəbinə təqdim edir. 2008-ci ildə təhsilini bitirib ölkə xaricinə təlimlərə göndərilir, yüksək hazırlıqla geri qayıdıb hərbin ən çətin sahələrində işləməyə başlayır... Xidmət dövründə çoxsaylı təltiflərə - “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, III dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Ordusunun 100 illiyi” medallarına layiq görülür...


Ata ürəyini qovuran xatirələr bizləri də yandırıb yaxır. Lakin bütün bu ağrı-acını böyük bir qürur, fəxr, vüqar, əzəmət müşayiət edir: igid oğullarımızın qurban getməsi müqabilində 30 ildən çox yağı tapdağında inləyən müqəddəs torpaqlarımız azadlığa qovuşdu, həmin ərazilərdə təmir-bərpa-quruculuq işləri gedir, didərgin düşən məcburi köçkünlər yurd-yuvalarına qayıdırlar. Ağsaqqal dərindən köks ötürüb elə bütün sadalananlarla, möhtəşəm Zəfərimizlə təsəlli tapdıqlarını bildirir, “Təki Vətən yaşasın!” deyir. 

Şəhidimizin iki qardaşının da Vətən savaşında iştirakı və qazanılan qələbədə böyük xidmətləri Dursunovlar ailəsinin, Qorağan kəndinin, bütün Qax rayonunun qürur, fəxr yerinə çevrilib. Fazil kişi Vətən uğrunda canlarını əsirgəməyən digər iki igidindən də söhbət açır: "Fəridin müharibəyə həsr olunan bir həyatı vardı. Zabit kimi 15 illik fəaliyyəti dövrü – Ağdamdan Daşkəsənədək cəbhə bölgəsində keçmişdi. Vətəninə, torpağına bağlı insan idi. Əsgərləri də onu çox istəyirdilər. Deyirdilər ki, komandir, sən olanda biz heç nədən qorxmuruq, çəkinmirik. Kiçik oğlumun idarə etdiyi texnika Ağdərə tərəfdə minaya düşmüşdü. Texnikaya ziyan dəysə də, özləri yaralanmadan salamat qurtulmuşdular. O biri oğlum isə Tovuzda xidmət edirdi, iyul döyüşlərinə də qatılıb. Fərid kiçik qardaşına demişdi ki, “Müharibə başlayan gün çayda dəstəmazını alıb namazını qılarsan, əyləşərsən texnikaya, nə geriyə baxarsan, nə də ölüm haqda fikirləşərsən, ancaq qabağa irəliləyirsən, inşəallah Qarabağda görüşərik!” Həyat yoldaşına ünvanladığı, hərbi hissənin həyətində saxladığı maşına qoyduğu məktubda "Məndən nigaran qalmayın, şəhid olsam özümü xoşbəxt sayaram” yazıb. İşlədiyi dövrdə maaşları ilə müəyyən qədər pul toplayıbmış, həmin məktubda yığdığı məbləğin üstünü düzəldib ev almağı, övladlarını kirayələrdə böyütməməyi vəsiyyət edib. Vətəni sevməkdən doymurdu. Azərbaycana məhəbbətini şəhadəti ilə bildirmək istəyirdi ki, torpağa nə qədər bağlılığını təsdiqləsin. Belə bir zabit idi Fərid Dursunov. Onun şəhidliyindən sonra Prezidentimizə məktub yazdım. Oğlumun davamçısı olaraq döyüşlərdə iştiraka hazır olduğumu bildirdim. Biz cənab İlham Əliyevin daxili və xarici siyasətini, gördüyü işləri hər zaman dəstəkləyirik".

Fazil dayı xarakterindəki qədirdanlıq, yaxşılıqları unutmamaq cizgilərinə görə söhbət əsnasında bir məqamı da vurğuladı – şəhidlik məqamına ehtiramına,  şəhid ailələrinə göstrədiyi qayğıya, onların ailə üzvlərinin və qazilərin işlə təminatına köməyə görə Yaponiyanın "Tet İnternational Development" şirkətinin törəmə müəssisəsi olan "Zaqatala AGRO İndustry" MMC-nin direktoru Emin Əsədova minnətdarlığını bildirməyi xahiş etdi.


Fərid Dursunov 1986-cı il iyulun 26-da Qax rayonunun Qorağan kəndində dünyaya göz açmışdı. Hələ uşaqlıqdan həyatda, filmlərdə gördüyü zabit formasının, paqonlardakı səkkizguşəli ulduzların cazibəsində idi. Televizorda hərbi seriyalları, verilişləri izləyəndə, oyuncaq silahlarla dava-dava oynayanda, evdə Qarabağ mövzusunda söhbətləri dinləyəndə gələcəkdə hərbçi olacağını qətiləşdirmişdi. Necə deyərlər, niyyətin hara, mənzilin də ora. Nəhayət, ürəyində bəslədiyi arzuya çatdı, bu mürəkkəb, amma şərəfli peşə yollarında addım-addım irəlilədi, müxtəlif vəzifələrdə çalışdı, kapitan rütbəsinə yüksəldi.  

Sevib-seçdiyi Məryəm xanımla ailə həyatı qurdu, İsa və Ömər adlı iki oğlu Vətənə yadigar qalıb. Hazırda Qax rayon Tarix-Diyarşünaslıq muzeyində bələdçi vəzifəsində işləyən şəhid xanımının kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan müsahibələri əsl dayaq, ismət, qəhrəmanlıq mənbələridir. M.Dursunova mərhum həyat yoldaşının yaxşı, məsuliyyətli, qayğıkeş ər, ailə başçısı, ata olduğu ilə qürur duyduğu, həyatda belə bir insanla rastlaşdığına görə özünü xoşbəxt saydığı, bir də dünyaya gəlsəydi yenə də Fəridi seçəcəyi, aralarındakı əhd-peyman barədə danışır: “O həmişə ən qaynar nöqtələrdə, cəbhə xəttində olurdu. Çox narahat, nigaran idim, həmişə mənə təskinlik, ürək-dirək verərdi ki, müqavimətsiz, savaşsız işğala son qoyulmayacaq, bütün dünya lənətə gəlmiş daşnakların arxasındadır, heç bir dövlət o torpaqları ermənilərdən alıb bizə qaytarmayacaq, ancaq özümüz döyüşməliyik. Deyirdi ki, hər dəqiqə, hər an döyüşə, düşmən üzərinə atılmağa hazırdırlar, Ali Baş Komandanın əmrini gözləyirlər. Hətta şəhid olacağı təqdirdə ağlayıb-sızlamamağımı, uşaqlara yaxşı baxmağımı, Vətən, xalq naminə təhsil, tərbiyə verməyimi də tapşırmışdı. Biz Fəridlə qürur duyuruq, tək o yox, ölümün gözünə dik baxan bütün şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz, səngərdə Azərbaycanımızın keşiyini çəkən oğullarımız igid aslanlardır. Yüz il, min il sonra da gələcək nəsillər tərəfindən fəxarətlə xatırlanacaqlar! Tanrı millətimizi, dövlətimizi, ölkəmizi qorusun!”   


Bəli, Məryəm xanım, Fərid də yenidən bu dünyaya təşrif buyursaydı, sizin belə ruhlandırıcı, mənəvi qida, güc dolu sözlərinizdən qüvvət alıb təzədən mücadiləyə qalxar, təkrarən bir də şəhidlik zirvəsini fəth edərdi...  

Kapitan Fərid Dursunov Murovdağda gedən qanlı döyüşlərdə mərdliklə savaşıb, 2020-ci il sentyabrın 29-da Kəlbəcər rayonu istiqamətində "Koroğlu 3" döyüş mövqeyi uğrunda gedən qızğın mübarizədə şəhidlik məqamına ucaldı. Ertəsi gün – 30 sentyabrda doğulub-böyüdüyü Qax rayonunun Qorağan kəndində canında da artıq sevdiyi Vətən torpağına tapşırıldı. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, "Döyüşdə fərqlənməyə görə", "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltiflənib.

Şəhid zabitimiz Türkiyənin "Qalatasaray" futbol klubunun sadiq azarkeşi imiş. Onun vəsiyyətlərindən biri də şəhidliyi zəminində qəbri üstdə Azərbaycan bayrağı ilə yanaşı, “Qalatasaray” bayrağının da asılması olub. Bu məsələ sosial mediada ictimailəşəndən sonra idman klubu rəsmi twitter hesabında kapitan Fərid Dursunovun məzarının fotosunu paylaşaraq başsağlığı verib. Ardınca isə "Qalatasaray"ın "başkan yardımcısı" Yusuf Günay şəhidin ailəsi ilə əlaqə saxlayaraq, öz adından və bütün türk xalqı adından başsağlığı çatdırıb. “Komandaya azarkeşlik etmək izahedilməz hissdir, yağışda, palçıqda oyuna gələn insanlar var - ölümünə sevgi... Qarabağ savaşı şəhidi Fərid Dursunovun atası ilə danışdım. Bakıdan uzaq yerdə yaşayırlar. Allah heç kimə övlad acısı verməsin, atəş düşdüyü yeri yandırar. Fazil bəy zəngimə çox sevindi, “övladım yaşasaydı, çox xoşbəxt olardı” dedi. Eyni hisslər məni də təsirləndirdi, bu bir tutqudur, digər komandalarımız üçün də ola bilər. İnsan təkcə maddi şeylərlə yaşamaz, bizi mənəvi dəyərlər, “Qalatasaray”a sevgimiz saxlayır. Şəhidimiz bizi çox duyğulandırdı, milli hissləri bir araya gətirdi. Nur içində yatsın, Allah qəriqi-rəhmət eləsin” – bu sözləri isə “Qalatasaray” klubunun prezidenti Mustafa Cengiz deyib.

Futbolçular şəhid övladlarına maraqlı bir jest də ediblər: 26.03.2023-cü il tarixdə Bakıda keçirilən “Qarabağ” - “Qalatasaray” yoldaşlıq oynunda İsa və Ömər Fərid oğlu Dursunovlar meydana çıxaraq ünlü komandaların hədiyyələrini alıblar. Onlar qəhrəman atalarına görə çox şad, məmnun olublar, həmişə də sevinəcəklər!

Allah cəsur kapitan Fərid Fazil oğlu Dursunovun, bütün şəhidlərimizin məkanını cənnətdə qərar versin! 


Qurban Cəbrayıl,

“Mədəniyyət” jurnalının redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Fevral 2025 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see591

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see530

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see399

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see311

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see273

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see267

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see264

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see261

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see252

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see244

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see236

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see221

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see212

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see209

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see207

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see202

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see198

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see193

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see192

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri