Icma.az
close
up
RU
Berdimuhammadovun səfərinin sirri: Bakı daha bir dəhliz yaradır DETALLAR

Berdimuhammadovun səfərinin sirri: Bakı daha bir dəhliz yaradır DETALLAR

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uzun zamandır Orta dəhliz məsləsində ciddi addımlar ataraq, onun reallaşmasına nail olan Azərbaycan, daha bir regional dəhlizin reallaşmasını həyata keçirməyə hazırlaşır.

Tribunainfo.az xəbər verir ki, söhbət Əfqanıstanla Lazurit dəhlizinin açılmasından gedir.

İranın “Mashregh News” saytı bu barədə yazıb ki, Azərbaycan və Əfqanıstan hökuməti Lazurit (Lapid Lazuli) dəhlizini inkişaf etdirmək niyyətindədir. “Əfqanıstanın baş naziri bu məqsədlə Bakıda səfərdə də olub”.

Həmin məqalədə qeyd edilir ki, Azərbaycan Xəzər dənizi və Türkmənistan vasitəsilə Əfqanıstanla birləşən Lazurit dəhlizinin canlandırılmasında maraqlıdır. “Bakı Əfqanıstanı Xəzər dənizinə, oradan Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxış imkanı verən dəhliz vasitəsilə yüklərini göndərməyə təşviq etməyə çalışır”.

Sayt həmçinin bu addımın İrana təsirlərinin olacağını da iddia edib. “Azərbaycan dəhlizi işə salmaqla, həm bölgədəki geoiqtisadi balansı dəyişə, həm də Tehranın tranzit əhəmiyyətini zəiflədə biləcək”.

Tribunainfo.az bildirir ki, Lazurit dəhlizi məsələsi 2017-ci ilin 15 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabat şəhərində keçirilən Regional İqtisadi Əməkdaşlıq konfransı çərçivəsində, Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Əfqanıstan hökümətləri arasında imzalanan müqaviləyə görə yaradılmış nəqliyyat dəhlizidir. Yeni müqaviləyə əsasən bu ölkələr yaxın zamanda öz aralarında regional dəmir yolları və magistral yollarla birləşərək yeni ticarət dəhlizi formalaşdıracaqlar. Həmçinin yeni müqavilə tarixi Lapis Lazuli ticarət yolunun yenidən bərpasını nəzərdə tutur. Lapis Lazuli beynəlxalq ticarət dəhlizi ideyası ilk dəfə 2012-ci ildə Əfqanıstan İslam Respublikası tərəfindən irəli sürülüb. Layihə ilə bağlı ölkələrarası yekun görüş 2016-cı ilin noyabr ayında Bakı şəhərində baş tutub. Məqsəd dənizə çıxışı olmayan Əfqanıstan regional ölkələrlə ticarət və iqtisadi əlaqələrini gücləndirmək, həmçinin yerli Əfqan mallarının qısa və təhlükəsiz yolla Avropa bazarlarına daşınmasını təmin etməkdir.

Layihənin ilkin mərhələdə büdcəsi 2 milyard dollar müəyyən edilib.

Dəhlizin başlağıc nöqtəsi kimi Əfqanıstan – Türkmənistan sərhədinin yaxınlığında yerləşən Aqina şəhəri (Fəryab əyaləti) və Torqundi şəhəri (Herat əyaləti)i təyin ediliblər. Bu şəhərlər qonşu Türkmənistanla dəmir yolu əlaqəsinə malik olub Əfqanıstanı Xəzər Dənizi hövzəsi ilə birləşdirəcək əsas şəbəkədir.

Türkmənistan ərazisindən dəmir yolu vasitəsilə daşınan yüklərin əvvəlcə Türkmənbaşı Dəniz limanına, ordan isə Bakı beynəlxalq Ələt limanına daşınması nəzərdə tutulub. Bakı limanından isə yüklər yenidən dəmir yolu vasitəsilə Gürcüstana (Poti və Batumi limanlarına), ordan Türkiyəyə (Qars və İstanbul) və ən sonda Avropa ölkələrinə daşınması planlaşdırılır. Bu marşrutla Əfqanıstan və Türkmənistan öz mallarının 80%-ni dünya bazarına çıxarmağı planlaşdırır.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 17 İyul 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri