Berdıyev Kraçkovskini unutdu?
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevin klubun mətbuat xidmətinə müsahibəsini təqdim etmişdik.
Təcrübəli mütəxəssis yenilər haqda danışarkən belə demişdi:
“Fikirləşirəm ki, bu uşaqlar birmənalı şəkildə kömək edəcəklər. Həm Rəhim, həm də Orxan kollektivə tez uyğunlaşa bilən futbolçulardı. Bu da olduqca vacib bir məqamdı. Onlar qarşıya qoyulan tapşırığı başa düşürlər və yaxşı hazırlaşırlar”.
Berdıyevin yenilər haqda danışarkən Anton Kraçkovskinin adını çəkməməsi “Football-plus.az”ın diqqətini cəlb edib. Bəlkə o heç toplanışda yoxdu? Bu sualı klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə ünvanladıq:
“Anton Kraçkovski hər iki yoldaşlıq oyununda iştirak edib. Klub rəsmən futbolçunun keçidini açıqlayıb”.
ƏSƏD SEYİDOV
Baxış sayı:113
Bu xəbər 13 Yanvar 2025 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















