Berdıyevin etirafı: gücsüzlük, yoxsa böyüklük əlaməti?
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
33-cü turun “Zirə” - “Turan Tovuz” (1:0) oyunundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Kurban Berdıyev “belə oyunla avrokuboklara yollanmaq çətindi, kubokun finalında “Qarabağ”a azarkeşlik etməkdən başqa çarə yoxdu” deyib.
Görəsən, bu bir baş məşqçinin gücsüzlüyünü etiraf etməsi deyilmi? Təcrübəli mütəxəssis Aslan Kərimovun “Football-plus.az”a cavabı:
“Əslində bu, baş məşqçinin böyüklüyüdü. Baş məşqçi komandasının gücü qədər güclüdü. Ondan artıq ola bilməz. “Turan Tovuz”un üstün və zəif cəhətləri haqda kifayət qədər danışmışam. Kurban Berdıyev təcrübəli mütəxəssis kimi komandasının zəif nöqtələrini bilir. Bu çıxışla avrokuboklarda bəxtin gətirsə, bir mərhələ adlayarsan. Bu fikir doğrudu. Heç də məşqçinin acizliyini göstərmir. Bir məşqçi komandasının zəif nöqtələrini bilir, boynuna alırsa, təqdirəlayiqdi. “Turan Tovuz”un növbəti necə hazırlaşacağı və hansı transferləri edəcəyi məsələnin 2-ci tərəfidi. Növbəti mövsüm üçün avrokuboklara çıxmaq və yaxşı çıxış etmək niyyətləri varsa, daha keyfiyyətli oyunçular və maliyyə ayırmaq lazımdı. Kurban Berdıyevin dediyi ilə tam razıyam. O, məsələyə rasional yanaşıb”.
ƏSƏD SEYİDOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 07 May 2025 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















