Icma.az
close
up
RU
Berlinale istedadlar proqramına müraciət açıq elan edilib

Berlinale istedadlar proqramına müraciət açıq elan edilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 iyul, AZƏRTAC

2003-cü ildə yaradılmış Berlinale Talents, dünyanın aparıcı 200 yeni və istedadlı kino rejissoru, serial yaradıcıları və kino sənayesinin əsas fiqurları üçün Berlin Beynəlxalq Film Festivalının istedadların inkişafına yönəlmiş proqramıdır. Bu proqram aşağıdakı hissələrdən ibarətdir: çıxışlar, müzakirələr, ustad dərsləri və saysız şəbəkələşmə tədbirlərini əhatə edən yaradıcı Zirvə Görüşü (Summit); inkişaf mərhələsində olan layihələrə sahib Berlinale Talents məzunları üçün Berlinale İstedadlar Proqramı (Berlinale Talents Lab), ortaq istehsal və ya maliyyə axtarışında olan prodüser məzunlar üçün İstedad layihələri marketi (Talent Project Market).

Berlinale Talents, sənayeyə ilk addımlarını atanlar üçün nəzərdə tutulmuş sadəcə bir məktəb deyil. Əksinə, iştirakçılar artıq sahədə fəaliyyət göstərən peşəkar şəxslərdir və layihənin ekspert və mentorları onlara bərabər səviyyədə yanaşırlar. İştirakçılar 6 gün ərzində yüzlərlə yeni ideya və çoxlu sayda özləri kimi düşünən insanlarla qarşılaşacaqlar.

AZƏRTAC Azərbaycan Kinematoqrafçılar İttifaqına istinadla xəbər verir ki, Berlinale Talents, artıq müəyyən iş təcrübəsinə malik və bu təcrübəsini başqaları ilə paylaşmağa hazır olan film və televiziya peşəkarlarına yönəlib. Proqrama uyğun olmaq üçün hər bir iştirakçı ən azı bir tammetrajlı film və ya iki qısametrajlı film və ya festivallarda nümayiş olunmuş, geniş şəkildə yayımlanmış yüksək keyfiyyətli dram serialı və ya televiziya filmi müəllifi olmalıdır.

Tələbələr yalnız çox istisna hallarda – məsələn, əvvəllər film sənayesində iş təcrübəsi olmuşdursa – qəbul olunurlar. Əgər bu meyarlara hələ uyğun deyilsinizsə, narahat olmayın – sadəcə gələcək buraxılışlar üçün müraciət edin! Əgər distribütor, satış agenti və ya marketinq üzrə mütəxəssis kimi müraciət edirsinizsə, ən azı iki tammetrajlı filmin yayımı və ya satışında iştirak etməlisiniz və ya kurator kimi kinoteatr və ya festivalın fəaliyyətinə bələd olmalısınız. Tənqidçi kimi müraciət edənlər isə film mövzusunda müntəzəm və peşəkar şəkildə məqalələr, müsahibələr və ya esselər dərc etməlidirlər.

Müraciət üçün son tarix sentyabrın 3-də başa çatır.

Müraciət barədə daha ətraflı məlumat almaq və müraciət linki üçün rəsmi sayt: https://www.berlinale-talents.de/bt/page/c/apply

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri