Icma.az
close
up
RU
Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər

Bersenin söylədikləri cəfəngiyyatdır: Azərbaycana dostcasına təzyiq etməsinlər

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Avropa Şurasının Baş katibi Alen Berse Ermənistan və Azərbaycan arasında razılaşdırılmış sülh sazişinin imzalanmasından danışıb. O, Ermənistanın bu istiqamətdə olduqca vacib addımlar atdığını deyib. Avropa Şurasının dialoq platforması təklif etmək niyyətini açıqlayıb. Eyni zamanda vurğulayıb ki, bu məsələni sürətləndirmək üçün Azərbaycana dostcasına təzyiq göstərməyə də hazırdırlar: "Bu mövzu bizi çoxdan maraqlandırır. Mən Baş nazir Paşinyanla hələ çox əvvəl, Ermənistanın sazişin şərtlərini qəbul etdiyi vaxtdan danışmışam. Həmçinin fürsətim olub Azərbaycan hakimiyyəti ilə də bu barədə danışım. Onlara bildirmişəm ki, biz bu məsələ ilə bağlı irəliləmək istəyirik". Bersenin sözlərinə görə, məqsədləri bu məsələnin əhəmiyyətini xatırlatmaq, müzakirələri davam etdirmək və nəhayət, bir son nöqtəyə çatmaqdır, əgər belə demək mümkündürsə, Azərbaycana dostcasına təzyiq göstərməklə". O qeyd edib ki, proses yavaş getsə də, irəliləyiş var.


Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu Sherg.az-a bildirib ki, Ermənistan hər zaman sülhdən danışır. Amma sülhün əldə olunmaması üçün də hər şeyi edir. Professorun sözlərinə görə, Azərbaycan dəfələrlə vurğulayıb ki, Ermənistan özünü "sülhsevər" obrazda dünyaya təqdim etməyə çalışır: 


"Bu, Ermənistanın yeni cəhdləri deyil. Keçmiş münaqişə vəziyyətində də Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan daim "sülhdən" danışırdı. Bunu da yaxşı xatırlayırıq. Ermənistan sadəcə, beynəlxalq ictimai rəyi çaşdırmağa çalışırdı. Amma beynəlxalq ictimai rəy də çaşmağa meyilli idi. Ona görə də burada təəccüblü hal yoxdur. Avropa Şurasının baş katibi Alen Berse də növbəti dəfə Azərbaycana münasibətdə qərəzli mövqe sərgiləyir. Ermənistana da isti münasibətini gizlətmir. Avropa Şurası ümumiyyətlə ənənəvi olaraq proseslərə qərəzli yanaşıb. Bu gün də yeni reallıqlar formalaşıb, amma Avropa Şurası qərəzli yanaşmasında israrlıdır. AŞ Ermənistanın sülh üçün vacib addımlar atdığı qənaətindədir. Bu, çox yanlış düşüncədir. Berse unutmasın ki, Ermənistan Azərbaycan torpaqlarını 30 il ərzinə işğalda saxlayıb, ərazilərimizə iddia edib. Münaqişə vəziyyətini Azərbaycan öz gücü hesabına aradan qaldırıb. Sülh gündəliyini də irəli aparan Azərbaycandır".


E.Mirbəşiroğlu qeyd edib ki, Bakı hər zaman sülhdə maraqlı olub və bu istiqamətdə praktiki addımlar atıb, siyasi iradə nümayiş etdirib:

 "Ermənistan hər zaman imitasiya ilə məşğul olub. Münaqişənin dinc vasitələrlə tənzimlənməsi imkanlarını sıfıra endirən də  Ermənistandır. Azərbaycana qarşı davamlı hərbi təxribatlar həyata keçirib. Berse bu məqamları xüsusi vurğulamalı idi. Necə ola bilər ki, Azərbaycana qarşı təcavüzkar siyasət yeridən Ermənistan indi sülh üçün təsirli addım atır?! Bu paradoksaldır. Ermənistan vaxtında işğalçılıq siyasəti həyata keçirməsəydi, münaqişə yaranmazdı və bu gün sülh üçün cəhdlər edilməzdi. O baxımdan AŞ baş katibinin məsələyə yanaşması cəfəngdir. "Azərbaycana dostcasına təzyiqlər edilməlidir" fikri həqiqətən ikrah hissi doğurur, acı gülüş yaradır. Avropa Şurası Azərbaycana heç cür təzyiq edə bilməz. Göründüyü kimi AŞ yenə qərəzli mövqe sərgiləyir, işğalçı tərəfi dəstəkləyir. Bu da Ermənistanın riyakar, manipulyativ davranışlarına dəstəkdir. Bunun başqa adı yoxdur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 İyun 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri