Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

Cənazəsi xanımının çiynində əbədiyyət yolçuluğuna çıxan Adil

Cənazəsi xanımının çiynində əbədiyyət yolçuluğuna çıxan Adil

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüz soydaşlarımıza ehtiram əlaməti olaraq 2021-ci il, sentyabrın 27-də keçirilən yürüşdə nümayiş iştirakçıları əllərində qəhrəmanlarımızın fotolarını tutmuşdular. Ali Baş Komandan İlham Əliyevin əlində Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin şəkli vardı. O Adil İbrahimli ki, onun həyat yolu Vətən uğrunda mübarizəsinə işıq tutur.

 Kim idi Adil? Anası Aida İbrahimlinin dediyinə görə, həmişə hərbçi olmağı arzulayan idi Adil. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atasına “gün gələcək torpaqlarımızı düşmən işğalından azad edərkən şəhid olub tarixə düşəcəyəm”– deyən Adil. 2008-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, məzun olduqdan sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Adil. Ailə qurub, iki övladı dünyaya gələn, atasına oğul, övladlarına ata olub, nəhayət, şəhidlik məqamına yüksələrək Vətən üçün ən müqəddəs şəhid adını və Vətən Müharibəsi Qəhrəmanı adını daşıyan Adil. Və nəhayət, cənazəsi xanımının çiynində əbədiyyət yolçuluğuna çıxan Adil.

Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Adil Asəm oğlu İbrahimli 1992-ci il sentyabrın 9-da Sumqayıtda doğulub. 1999–2008-ci illərdə Sumqayıt şəhərində 14 nömrəli tam orta məktəbdə 9-cu sinfi bitirib. 2008–2011-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2011-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) daxil olub hərbin incəliklərini daha dərindən öyrənib. 

O, 2015-ci ildə hərbi məktəbi bitirərək leytenant rütbəsi alıb. Sonra Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzində zabit kimi təkmilləşmə kursu keçərək Azərbaycan ordusunda xidmətə başlayıb. Adil İbrahimli 2015–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Təlimlər zamanı göstərdiyi bacarıq və  çevikliyi rəhbərliyin diqqətini cəlb edib və ona Xüsusi Təyinatlı Qüvvələrin sırasında xidmət tövsiyə olunub. Adil XTQ-yə qəbul üçün müraciət edib. O, 2017-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında öncə kəşfiyyatçı, sonra isə baş kəşfiyyatçı olaraq xidmət edib. Adil XTQ-də fəaliyyəti zaman Türkiyədə “Komando” kursunun təlimlərində uğurla iştirak edib və kursu fərqlənmə ilə bitirib.

Çox keçmədən XTQ rəhbərliyi Adilin göstərdiyi qüsursuz  xidməti görüb onu qrup komandirinin müavini təyin edir. O, bu postda özünün bacarığı ilə seçilir.  Müavin kimi xidmət göstərdikdən az müddət keçir və  qrup komandiri vəzifəsi Adil İbrahimliyə həvalə edilir.

Azərbaycan Ordusunun baş leytenantı olan Adil İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı savaşa Murovdağ silsiləsində döyüşlərdən başlayıb. Onların dəstəsinin ilk işi  Murovdağda mühasirədə qalmış döyüşçülərimizi xilas etmək olub. Qrup, həmçinin Cəbrayılın, Füzulinin, Hadrutun, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Adil İbrahimli noyabrın 7-də Şuşanın azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Amma nəşi xeyli keçəndən sonra götürülüb. Nəhayət, şəhidimiz noyabrın 20-də II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil İbrahimliyə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün dövlət başçısının sərəncamlarına əsasən, XTQ mənsubu, baş leytenant Adil İbrahimli ölümündən sonra  “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 

Adilin həyat yoldaşı Nargül xanımın söylədiklərinə görə, onu 12 yaşından tanıyıb. Evlilikləri cəmi üç il olsa da, sevgiləri uzun bir yol qət edib. Adil həmişə deyirmiş ki, şagird gündəliklərinin arxasında olan qan yaddaşını dəyişmək istəyirəm. Belə olub onun Vətən sevgisi. Bu bəlkə də, onun Allaha böyük inancından irəli gəlib. Adil işində peşəkar olduğu kimi, ailədə də gözəl başçı olub. Böyüklə böyük kimi, kiçiklə kiçik kimi davranıb. Qızına bir ayrı, oğluna bir ayrı, həyat yoldaşına bir ayrı yanaşıb. Həyat elə gətirib ki, qızı ilə cəmi 12 gün vaxt keçirə bilib. O evə gələndə ayaqqabısını belə çıxarmamış oğlu Əbəlfəzi bağrına basırmış. Ailə qurandan bir həftə sonra təlimə yollanıb. Daim kurslarda, təlimlərdə olub.

Adil, həqiqətən, cavan olmasına baxmayaraq, bacarıqlı peşəkar hərbiçi, son vəzifəsi isə Qrup komandiri və Baş kəşfiyyatçı olub. Döyüş yoldaşları onun cəsarətindən, müharibənin ən qızğın döyüşlərindəki şücaətindən, necə son damla qanınadək vuruşmasını yaxşı xatırlayır, ondan ürək dolusu danışırlar. O, istər Murovdağ uğrunda gedən döyüşlərdə, istərsə də Suqovuşanın, Füzulinin, Hadrutun, Xocavəndin, Şuşanın azad olunmasında iştirak edib. 40 gün vuruşub. Son tapşırığı Şuşada olub və elə orada da yaralansa da böyük şücaət göstərib, lakin mənfur düşmənin növbəti atəşi onu tutub. Noyabrın 7-də Adil ölümün qarşısında nə qədər sinə gərsə də son məqamda şəhidlik şərbətini dadıb.

Adil həyat yoldaşı Nargüllə son dəfə oktyabrın 26-da danışıb. Nargül qardaşı Elton Qənbərlinin şəhid olduğunu ağlaya-ağlaya bildirəndə Adil ona deyib: “Elton şəhid olduğu üçün ağlama, o, ən uca məqamdadır. Sən ona görə ağla ki, mən sağam”. Nargül ona şəhid olarsa ağlamayacağına söz verir. Və son məqamda Adilin cənazəsini çiyinlərində daşıyanda belə göz yaşlarını saxlayır, məğrur dayanır.

Adil noyabrın 20-də Bakıda II Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Adil İbrahimli ölümündən sonra Prezident İlham Əliyevin 9 dekabr tarixli sərəncamına əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adını layiq görülüb. Adilin əmisi, HHQ-nin şöbə rəisi, polkovnik Elman İbrahimov deyir ki, bütün şəhidlərlə fəxr edirəm. Onların qanı yerdə qalmayıb. Biz bütün dünyada onların sayəsində alnıaçıqığ. İndi Adildən geriyə iki övladı və xatirələri qalıb. Ailə üzvləri məhz o xatirələrlə yaşayıb, yaşadacaqlar... 

Vətən müharibəsində ön xətdə olan, düşmənə qan udduran Adil İbrahimli ailəsi ilə sonuncu dəfə oktyabrın 30-da danışıb. O, atasına hər şeyin yaxşı olduğunu, tezliklə qalib gələcəklərini deyib. Atası Asəm müharibə zamanı Adillə cəmi iki dəfə danışıb. Öncə oktyabrın 20-də, qayını Elton Qənbərlinin şəhid olduğu xəbərinin düzgünlüyünü soruşub. “Vətən sağ olsun” deyib. İkinci dəfə isə oktyabrn 30-da danışıb. Deyib ki, “ata, işlərmiz yaxşıdır. Təlimlərimiz yaxşı gedir”. Heç vaxt "döyüş" deməyib. O, orduda, müəllimi Hikmət Mirzəyevin yanında elə  tərbiyə almışdı ki, heç nəyi bizimlə bölüşməzdi, hara, nə vaxt, neçə müddətə  getdiklərini bildirməzdi. Atası deyir ki, mən onu 8-ci sinifdən dövlətə vermişdim. Dövlət onu yedizdirib, geyindirirdi. Həmin övladlar Vətən müharibəsində dövlətimizə lazımlı, gərəkli olduqlarını sübut etdilər. O qəhrəman oğulların sayəsində 30 illik həsrət sona çatdı, işğal altında olan torpaqlarımız azadlığa qovuşdu.

Qeyd edək ki, Adilin atası Asəm İbrahimli I Qarabağ müharibəsi qazisidir. 1992-ci ildə müharibəyə könüllü gedib. Adil atasının yolunu davam etdirib. Asəm İbrahimli deyir: “Mən fəxr edirəm ki, Vətən üçün elə bir oğul böyütmüşəm. 1988-ci ildən bu günə qədər şəhid olan Adil kimi igidlərin ruhları şad olsun! Adil barədə hər zaman gözəl sözlər deyilirdi. Hikmət müəllimlə görüşəndə mənə dedi ki, “Sağ ol ki, belə igid böyütmüsən”. Döyüş yoldaşları onun igidliyindən danışırdı. Deyirdilər ki, Adil döyüş meydanında kiminsə yaralı qalmasına imkan vermirdi. Eşidəndə ki, kimsə yaralı qalıb, gecə ilə gedib onu çıxarar, gətirib xəstəxanaya yerləşdirərdi. Mən Adil haqqında bundan sonra yaşayacağım qədər də danışsam, azdır. Adil belə igid oğlan idi”.

Dövlətimiz qəhrəman şəhidin irsi və xatirəsini əziz tutur. 2021-ci ildə Sumqayıt şəhərində Adil İbrahimlinin adına yaşadığı ərazidə bulaq tikilib. Bundan başqa, həmin ildə Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin adı verilib.

Zərifə BƏŞİRQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Noyabr 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see325

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see291

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see274

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see268

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see267

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see249

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see246

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see246

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see245

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see241

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see235

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see235

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see231

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see229

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see229

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see220

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see198

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see196

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see190

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri