Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya, Qazaxıstan, Azərbaycan, İran və Türkmənistandan ibarət Xəzəryanı dövlətlər Xəzər dənizinin su bioresurslarına dair ortaq məlumat bazası yarada bilərlər.
Bu barədə Rusiya Balıqçılıq Agentliyi (Rosrıbolovstvo) məlumat yayıb.
Sözügedən təşəbbüs bu günlərdə Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq Balıq Sənayesi Forumunda irəli sürülüb.
"Forum çərçivəsində təşkil edilən sessiyada bir neçə yeni və maraqlı təklif səsləndirildi. Bunlardan biri Xəzər dənizinin su bioresurslarının idarə olunması üzrə hökumətlərarası beştərəfli komissiya çərçivəsində ortaq məlumat bazasının qurulmasıdır", - deyə qurumun rəhbər müavini Vasili Sokolov qeyd edib.
Bu addımın zəruriliyi dənizdə bioloji sərhədlərin olmaması səbəbindən yaranır. Beş Xəzəryanı ölkənin öz sektorlarındakı məlumatları mübadilə etməsi, həmçinin ekologiya və ehtiyatlar barədə dolğun informasiya toplamaq istiqamətində əməkdaşlığı hazırda ən vacib məsələlərdən biri olaraq qalır.
Əvvəllər də qeyd edildiyi kimi, bu ölkələr Xəzər dənizinin ümumi akvatoriyası üçün vahid balıqçılıq qaydaları hazırlamağı da nəzərdə tuturlar. Bu ortaq su bioresurslarından daha səmərəli istifadəni asanlaşdıracaq və balıqçılıq ehtiyatlarının mühafizəsi tədbirlərinin effektivliyini artıracaq.
Xatırladaq ki, Xəzər dənizinin su bioresurslarının qorunması, səmərəli istifadəsi və birgə ehtiyatların idarə edilməsi üzrə komissiya 2014-cü ilin sentyabrında Həştərxanda bütün Xəzəryanı dövlətlərin nümayəndələri tərəfindən imzalanmış sazişə əsasən təsis edilib. 2016-cı ilin yazında sənəd iştirakçı ölkələrdə ratifikasiya olunaraq qüvvəyə minib. Bu razılaşma komissiyaya iştirakçı dövlətlər üçün məcburi xarakter daşıyan qərarlar qəbul etmək hüququ verir. Komissiyanın ilk sessiyası 2017-ci ilin noyabr ayının sonunda Bakıda baş tutub.
Hazırda Xəzərin ən qiymətli sərvəti nərə balıqları hesab olunur və onların ovlanmasına tam qadağa qoyulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 18 Sentyabr 2026 00:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















