Icma.az
close
up
RU
Qısqanırsa, sevir : Bəs niyə öldürür?

Qısqanırsa, sevir : Bəs niyə öldürür?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

2024-cü ildə ailə münaqişəsi və qısqanclıq zəminində ölümlə nəticələnən 42 cinayət qeydə alınıb. Hadisələr zamanı 29 qadın, 16 kişi öldürülüb.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında öz əksini tapıb.

2024-cü ildə Daxili İşlər Nazirliyində məişət zorakılığı ilə bağlı 9014 müraciət qeydə alınıb. 2023-cü ildə bu rəqəm 9 389, 2022-ci ildə isə 9 864 olub. Bu da məişət zorakılığı ilə bağlı müraciətlərin azaldığını göstərir.

Məişət zorakılığı ilə bağlı qeydə alınmış 1451 cinayətdən 1 254-ü qəsdən sağlamlığa yüngül zərər vurma, 83-ü qəsdən sağlamlığa az ağır zərər vurma, 42-i qəsdən adam öldürmə, 25-i qəsdən sağlamlığa ağır zərər vurma, 15-i adam öldürməyə cəhd, 14-ü əzab vermə, 18-i digər növlərdir.

Həmin cinayətləri törətmiş 1 283 şəxs (qadın - 62; kişi 1221) şəxs məsuliyyətə cəlb olunub. Bu əməllər nəticəsində 1  471 zərərçəkmiş şəxs (qadın 1 228; kişi 243) müəyyən edilib. Bununla yanaşı, 2 cinayət təkrar törədilib.

Göründüyü kimi, 2024-cü ildə ailə münaqişəsi və qısqanclıq zəminində ölümlə nəticələnən 42 cinayət qeydə alınıb. Bu, cox boyük rəqəmdir.

Azərbaycanda qısqanclıq niyə cinayətə yol açır? Niyə cütlüklər normal qaydada ayrılmırlar? Zorakılığa meyilli insanları əvvəldən necə tanıyaq? Qısqanclıq hissi uşaq yaşlarında formalaşır, yoxsa sonradan yaranır? Yoxsa bu statistika cəmiyyətdə “qısqanırsa, sevir” kimi yanlış fikirlərdən doğur?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, insan psixologiyası mühitlə tənzimləndiyi üçün cəmiyyətdə formalaşan stereotiplər insanların davranışlarını da tənzimləyir.

Onun sözlərinə görə, zamanında zorakılıq məruz qalan insanlar gələcəklərini də zorakılıq üzərində qururlar:

“Bu gün Azərbaycan kişisi sevgi adı altında qadınını əzir, məhdudlaşdırır və buna sevgidən doğan qısqanclıq kimi bir don geyindirir. Qısqanclıq artıq bir xəstəlik halını alıb. İnsanlar düşünürlər ki, əgər sevgidə qısqanclıq ifadə olunmasa, o sevgi öz həqiqiliyini göstərə bilməz. Bu düşüncə isə daim mübahisələrə yol açır.

Cəmiyyətin formalaşdırdığı kimliklə insanın yaratmaq istədiyi fərdi kimlik toqquşduqda psixoloji problemlər ortaya çıxır. Zorakılığa meyilli insanlar çox zaman öz ailələrində də zorakılığa məruz qalıblar. Zorakılıq onlar üçün adi hala çevrilib ki, indi başqalarına da zorakılıq tətbiq edirlər.

Yəni keçmişində zorakılıq yaşamış insanlar gələcəklərini də zorakılıq üzərində qururlar. Belə insanlarda zorakılıq meyillərini onların davranış və düşüncələrindən əvvəlcədən müşahidə etmək mümkündür”.

Psixoloq qeyd edib ki, sevgi psixi pozuntuda öz müsbət rolunu göstərə bilər, amma bu, bir müalicə üsulu deyil:

“Bəzən insanlar düşünürlər ki, sevgi mənfi davranış və düşüncələri müalicə edə bilər. Ancaq sevgi heç bir psixi pozuntunu müalicə etmir. O, yalnız psixi pozuntu fonunda müəyyən müsbət təsir göstərə bilər, lakin bu, müalicə üsulu deyil.

Qısqanclıq hissi uşaq yaşlarından formalaşa bilər. Lakin bu zamanla paranoid düşüncələrin yaranmasına səbəb ola bilər. Uşaqlıqdan formalaşan paranoid şəxsiyyət pozuntusunu valideynlər çox zaman sadəcə "xasiyyət" kimi qəbul edirlər”.

O bildirib ki, psixologiyanın sərhədi hüquqa qədərdir:

“Məişət zorakılığına məruz qalan qadın və kişilər mütləq şəkildə artıq qanun qarşısına çıxmalıdırlar. Zorakılıq cinayətdir və heç bir cinayət cəzasız qalmamalıdır. Əgər ailə və ya cütlüklər arasında hansısa mübahisələrin böyüdüyünü müşahidə edirlərsə və obyektiv yanaşmaya ehtiyac duyurlarsa, o zaman ailə və cütlük psixoloqlarına müraciət etməlidirlər. Peşəkar psixoloji dəstək vasitəsilə yaranmış münaqişələr aradan qaldırıla bilər”.

Rövşən Nəcəfov qeyd edib ki, cəmiyyətdə formalaşan streotiplərdən biri olan “qısqanırsa, sevir” düşüncəsi kökündən yanlışdır:

“Əgər ailədə böhran yaşanırsa, bu böhranda ailənin bütün üzvlərinin payı var. Böhran, cinayətə təhrik edən bir anlayışdır. Çünki ailədə müzakirədən mübahisəyə, mübahisədən isə münaqişəyə keçid varsa, bu, həm psixoloji, həm də fiziki zorakılıqla nəticələnə bilər.

Cəmiyyətdə formalaşan yanlış stereotiplərdən biri də “qısqanırsa, demək sevir” düşüncəsidir. Bu, kökündən yanlışdır. Sevgi güvənməkdir, inanmaqdır, empatiya qurmaqdır. Əgər biz sevgidə səmimi şəkildə fikirlərimizi ifadə etməsək, o zaman sevgimizi davamlı şəkildə sorğulamağa və daim şübhə altında tutmağa məcbur qalacağıq”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Qısqanclıq Psixoloq zorakılıq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 May 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri