“Bəsdir! Ukrayna üçün nə bir avro, nə də bir silah!” Filippot
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot ölkə prezidenti Emmanuel Makronun Ukraynaya yeni nəsil hava hücumundan müdafiə sistemi ayırmaq planını tənqid edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Florian Filippot sosial şəbəkə hesabında paylaşım edib.
O yazıb ki, Fransa prezidenti “cümə günü yenə çek dəftərini çıxarıb” və sanki ölkədə kifayət qədər hərbi resurs və maliyyə vəsaiti varmış kimi davranır.
Filippot Ukraynanın 2026-cı ildə Fransadan yeni nəsil “SAMP/T” hava hücumundan müdafiə sistemi ala biləcəyi ilə bağlı xəbərləri şərh edib.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib ki, Kiyev Fransanın bu hava hücumundan müdafiə sistemini ABŞ istehsalı olan “MIM-104 Patriot” zenit-raket komplekslərinə alternativ kimi sınaqdan keçirə bilər.
Filippot isə yekunda Fransanın Ukraynaya hərbi və maliyyə dəstəyinə qarşı çıxaraq bildirib: “Bəsdir! Ukrayna üçün nə bir avro, nə də bir silah!”
Bu mövzuda digər xəbərlər:Xilas üçün Fransa Avropa İttifaqından çıxmalıdır Filippot
08 Dekabr 2024 01:40
Gündə bir ədəd yeməyiniz bəsdir
26 Yanvar 2025 18:41
“Adın mənə bir ömür bəsdir” Fotolar
24 İyul 2026 00:05
Makron Fransanın suverenliyi ilə nə vaxt maraqlanacaq? Filippot
15 Yanvar 2026 12:06
Səbrin də bir həddi var Daha bəsdir, oyunu dayandırın!
05 Sentyabr 2026 11:57
Baxış sayı:119
Bu xəbər 15 Mart 2026 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















