Bəşər Əsəd Milli Məclisdə bizə suallar verdi Cavanşir Paşazadə a DANIŞDI
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Məclisin deputatı Cavanşir Paşazadə Suriyanın devrilmiş lideri Bəşər Əsədlə görüşü barədə Modern.az-a danışıb.
Saytımıza açıqlamasında Cavanşir Paşazadə deyib:
“Bəşər Əsəd 2009-cu ilin iyulunda ölkəmizə rəsmi səfər etmişdi. Səfəri çərçivəsində o, Milli Məclisə də ziyarətə gəldi. Mən həmin dövrdə Azərbaycan-Suriya Parlamentlərarası əlaqələr komitəsinin sədriydim. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevlə mən onu qarşıladıq. Görüş zamanı hər hansı ciddi məsələ müzakirə edilmədi. Milli Məclisin iclas zalına baxdı. Parlamentin apardığı siyasətlə bağlı suallar verdi. Başqa heç nə olmadı”.
Cavanşir Paşazadə Suriyada baş verən son hadisələri şərh etməyin hələ tez olduğunu bildirib.
“Burada İsrail, Rusiya və bir sıra digər faktorlar var. Hələlik məsələni şərh etməyim tezdir”, - o deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 10 Dekabr 2024 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















