Icma.az
close
up
RU
Bəşəriyyət böyük savaşın ASTANASINDA Baydenin qərarı Dünya Müharibəsini başlayacaq?

Bəşəriyyət böyük savaşın ASTANASINDA Baydenin qərarı Dünya Müharibəsini başlayacaq?

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Cozef Bayden Ukraynaya Birləşmiş Ştatların uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verib.
Ardınca isə Fransa və Böyük Britaniya da Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirməyə razılıq verib. “Le-Figaro” nəşri qeyd edir ki, Paris və London Kiyevə öz SCALP və Storm Shadow raketləri ilə hücumlar etməyə icazə verib.
Bu qərar Rusiyada kəskin etirazla qarşılanıb. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov məsələyə münasibət bildirərkən deyib ki, Amerikanın Rusiyanın dərinliklərinə raket zərbələri endirməsinə icazə verilməsi üçüncü dünya müharibəsinin başlamasına gətirib çıxaran görünməmiş bir addımdır. Vladimir Cabarov əlavə edib ki, Rusiyanın cavabı dərhal olacaq.
Zelenski isə məsələ ilə bağlı açıqlamasında sözügedən icazənin verilməsini açıq şəkildə təsdiq etməsə də, raketlərin savaş meydanında öz sözünü deyəcəyinə işarə vurub.
Digər tərəfdə isə Şimali Koreya lideri Kim Çen İn baş verənlər fonunda ordunu tam müharibə vəziyyətinə gətirmək əmrini verib.
Baydenin bu addımı III Dünya Müharibəsinin başlanmasına gətirib çıxaracaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, bu məlumat informasiya muharibəsinin daha da güclənməsinə xidmət etməklə yanaşı, ABŞ-ın yeni Prezidenti Trampın Ukrayna böhranını nizamlamaqla baglı planlarını əngəlləməyə hesablanıb:
“Hələlik nə Ağ Ev, nə də Pentaqon bu qərarı rəsmi olaraq təsdiqləməyib. Bayden administrasiyasının Kiyevə uzaq mənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbələr endirmək icazəsini verməsi xəbərini “Nyu York Tayms” yayımlayıb. Belə bir xəbərin yayılması informasiya müharibəsinin daha da güclənməsinə xidmət etməklə yanaşı, ABŞ-ın hərbi sənaye kompleksinin Trampın Ukrayna böhranının nizamlanması ilə bağlı planlarına qarşı eskalasiyanı gücləndirmək istəyindən irəli gələ bilər.
Görünən odur ki, ABŞ-dakı silah şirkətləri artıq iqtidardan getməkdə olan və 2 aydan sonra heç bir şeyə görə məsuliyyət daşımayacaq bir qocanın əli ilə dünyanı III Dünya Müharibəsinə doğru sürükləyib trilyonlarla pul qopartmaq fikrinə düşüblər”.
Ekspertə görə, Rusiyanın hava hücumundan müdafiə quvvələri bu zərbələrin əhəmiyyətli hissəsinin qarşısını ala biləcək:
“Qərbdə gözü “burnundan uzağı görməyənlər” anlamalıdırlar ki, dünyanın ən güclü nüvə dövlətinin cavab zərbələri dəhşətli və onlar düşündükləri kimi preventiv olmayacaq. Rusiyanın yeni qəbul olunan nüvə doktrinasının mahiyyətinə Qərbdəki bəlli dairələr vara bilməyiblər və ya onu ciddi qəbul etmirlər. Prezident Trampın oğlu bu addımı atmaqla atasının sülhyaratma istəyinin qarşısını almaq istəyənləri axmaq adlandırıb”.
Politoloq qeyd edir ki, qarşıdurmanın güclənməsi istiqamətində Qərbin atacağı addımlar Qlobal Cənubu Rusiyanı müdafiə etməyə sövq etməklə, dünyanı real müharibə təhlükəsilə üz-üzə qoya bilər:
“Çin nə qədər ehtiyatlı davransa da, Qərb də anlamadılar ki, Rusiyanın yanında digər bir nüvə dövləti-Şimali Koreya da var. Onun  qitələrarası ballistlk raketləri isə nüvə silahını ABŞ ərazilərinə çatdırmağa belə qadirdir”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Noyabr 2024 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see188

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see151

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see144

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see143

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see135

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see134

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see130

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see129

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see128

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see127

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see125

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see124

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see124

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see123

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see123

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri