Bəşəriyyət yeni təhlükə qarşısındadır
Erməni terror təşkilatları bəşəriyyəti növbəti terror aktları ilə hədələyir
Dünya tarixində elə şəxslər, hətta millətlər var ki, onların adı çəkiləndə göz önünə soyqırımı aktları, kütləvi insan qətlləri, şəhərlərin, qəsəbə və kəndlərin dağıdılması, tarixi, memarlıq nümunələrinin yer üzündən silinməsi gəlir. Mao Çzedun, İosif Stalin, Xorxe Videla, Auqusto Pinoçet, Nikolae Çauşesku, Fidel Kastro, Adolf Hitler, Pol Pot, Kim İr Sen, Hüseyn, Bəşər Əsəd və digərlərinin adı çəkiləndə, eləcə də sosial şəbəkələrdə qarşına çıxanda, KİV-də rastına gələndə ətin ürpəşir, bu vəhşilərin insan qatilləri olduğunu dodaqucu pıçıldayırsan. Erməni adı gələndə uşaq qatili, qocalara, qadınlara rəhm etmədən amansız işgəncələrlə öldürən toplum göz önünə gəlir. Erməni yeganə toplumdur ki, terroru həyat amalı, yaşam tərzi hesab edir. Bu baxımdan da Cənubi Qafqaza, xüsusilə də Azərbaycan ərazilərinə köçürülüb, bir qədər möhkəmləndikdən sonra məkrli məqsəd və çirkin niyyətlərini reallaşdırmaq üçün terror təşkilatları yaradıblar. 1723-cü ildən Rusiyanın hakim zümrəsinin hərbi-siyasi dəstəyi ilə yaradılan erməni terror təşkilatları qısa müddət sonra ən təhlükəli terror təşkilatına çevrilmişdir. Əsasən azərbaycanlıları və türkləri hədəf seçən erməni terror təşkilatları indiki Azərbaycan torpaqlarında yaradılan fars-molla rejimindən və Rusiyanın müəyyən dairələrindən aldıqları dəstək hesabına Türkiyədə və Azərbaycanda ardıcıl terror aktları həyat keçirmişlər. 1885-ci ildə yaradılan “Armenakan” erməni teror təşkilatı Türkiyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədərək yüzlərlə insanın ölümünə nail olmuşlar. 1887-ci ildə Cenevrədə yaradılan “Hnçak” erməni terror partiyası Türkiyənin Anadolu bölgəsini, "Rus" və "İran" Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə "Böyük Ermənistan" dövləti yaratmağa ümid etmişlər. Terror təşkilatının proqramının 4-cü bəndində yazılır: “Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir”. 1890-cı ildə Tiflisdə yaradılan “Daşnaksütyun” terror təşkilatının əsas məqsədi Azərbaycanın Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövləti qurmaq olub. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən "Daşnaksütyun" türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra “Daşnaksütyun” “türkü, azərbaycanlını hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!” əmrini vermişdir. "Daşnaksütyun" partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur: 1973-cü ildə fəaliyyətə başlamış "Erməni soyqırımının intiqamçıları" qrupu 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib.
Erməni terror təşkilatları on minlərlə insanın həyatına son qoyub
"Erməni gizli azadlıq ordusu" (ASOA): 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. Təşkilat fəaliyyətinin ilk 6 ilində dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib."Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" (ASALA): 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olmuşdur. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan 01.08.80-ci ildə "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibədə bildirmişdir: "Bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir". “ASALA” 1980-ci ilin aprelində birgə terror aksiyalarının keçirilməsinə dair “PKK” ilə razılığa gəlmiş və bu niyyətlərini Livanda rəsmiləşdirmişlər. Beyrut şəhərində 28.08.1993-cü ildə açıqlanan bəyanatında ASALA "pantürkist neft borusu" (Bakı-Tbilisi-Ceyhan) ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcəyini bildirmişdir. Eyni zamanda erməni terror təşkilatları sırasında amansızlığı ilə “Geqaron”, “Erməni azadlıq hərəkatı”, “Erməni azadlıq cəbhəsi”, “Orli qrupu”, “Erməni soyqırım ədalət komandosları”, “Erməni birliyi”, “Demokratik cəbhə”, “Apostol” və digərləri yer alırlar. Heç şübhəsiz ki, 30 illik erməni işğalı nəticəsində Azərbaycanın şəhər və qəsəbələrinin dağıdılmasında, mədəniyyət nümunələrinin, tarixi abidələrinin, məscidlərinin, mədrəsələrin, məbədlərin yerlə-yeksan edilməsində sözügedən terror təşkilatların xüsusi rolu olub. Erməni terrorçuları pula keçən, zövqlərinə uyğun olanları talan edərək Ermənistana aparıblar. Sonradan isə müxtəlif yollarla ABŞ-a, Hindistana, Fransaya, Yunanıstana, Kanadaya, Livana və digər ölkələrə daşıyaraq, dəyər-dəyməzə satıblar. Erməni vəhşi toplumu Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri, ümumilikdə 67 məsciddən 65-ni tamamilə məhv edib, digər 2-ni isə müxtəlif iyrənc məqsədlər üçün istifadə edib. Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilmişdir. Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri dağıntılara məruz qalmış, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan dəymişdi. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Ermənistanın mədəniyyət obyektlərinə, dini-mədəni irsimizə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın, "Arxeoloji irsin qorunması haqqında” Avropa Konvensiyasının, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya"nın müddəalarını kobud şəkildə pozmuşdur. Ermənistan terrorçularının təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır. Bununla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə var idi. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, M.P.Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin, Tarzən Sadıqcanın evləri, Qız məktəbi, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilmiş, dağıdılmış və məhv edilmişdir. Bu vəhşilik, vandalizm ancaq erməni terrorçularına xas xüsusiyyətdir. Digər millətlər, hansısa toplumlar tərəfindən belə bəşəri cinayətlərin törədilə biləcəyi təsəvvür edilmir.
Erməni vəhşi toplumu Qərbi Azərbaycanda bizlərə məxsus irsi də dağıdıb
Mövcud araşdırmalarla sübuta yetirilir ki, erməni vəhşiliyi yalnız Qarabağın və ətraf rayonların işğalı zamanı tarixi, memarlıq nümunələrinin dağıdılması, talan edilməsi ilə yekunlaşmır. Bu vəhşi toplum hələ ötən əsrin əvvəllərindən, sonrakı mərhələdə isə ötən əsrin 88-cı ilin əvvəllərindən başlayaraq tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda bizlərə məxsus irsi də dağıdıb yer üzündən silib. 1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 491 məscid fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə azərbaycanlıların sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məscidin filialları Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Mollalar, Təzə Kilsə, Nərcan və digər kəndlərində fəaliyyət göstərib. İrəvan şəhərinin özündə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Camə məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib. Qədim tarixi olan Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndi ərazisində yerləşən qədim Azərbaycan - türk tarixi-memarlıq abidələri kompleksi olan Uruda daxil olan Urud qalası Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Qala da bədii tərtibatlı məzar daşları, qəbirüstü sənduqələr və qoç heykəlləri olmuşdur. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. Məzarlıq ermənilər tərəfindən dağıdılıb, hazır da Urud qalasının yalnız xarabalıqları qalır. Traixi Azərbaycan şəhərimiz olan İrəvanda bir dənə də olsun memarlıq nümunəsi, abidə, məscid qalmayıb, hamısını ermənilər dağıdıblar. Lakin əminlik var ki, Şuşaya, Xankəndinə, Əsgərana, Xocavəndə və digər işğal olunmuş ərazilərimizə qayıtdığımız kimi bir gün Qərbi Azərbaycan toprpaqlarımıza da qayıdacağıq. İndi Azərbaycanın təcridxanasında cəzalarını gözləyən Vardanyan, Arayik, Saakyan, Quqasyan və digərləri kimi İrəvandakı terrorçularda cavab verməli olacaqlar. Hələlik isə ermənilərin viran etdikləri ərazilərin bərpası istiqamətində sistemli və sürətli işlər aparılır. Şuşanın erməni terrorçu birləşmələrindən azad edildiyi gün Fateh Sərkərdə, Prezident İlham Əliyevin xalqa təbrik müraciətində demişdir: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Bu gün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.
Fateh Sərkərdə, Prezident İlham Əliyevin dediyi kimi, Şuşa dirçəlir, qurulur, bərpa edilir. Artıq dağıdılmış dini mərkəzlərimiz bərpa və təmirdən sonra istifadəyə verilib. İşğaldan azad edilən ərazilərdə aparılan təmir, tikinti, bərpa işlərindən sonra qayıdan insanlar arasında şuşalılarda var. Cari ilin mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ilk yaşayış kompleksinin açılışı olub. Yaşayış kompleksində ilk olaraq 20 ailə, o cümlədən 88 nəfər yerləşib. 23 dörd mərtəbəli binadan ibarət yaşayış kompleksi 8 hektar ərazidə inşa edilib. 450 mənzildən, o cümlədən 28 ədəd birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beş otaqlı mənzildən ibarətdir. Müvafiq olaraq 300 və 500 mənzildən ibarət ikinci və üçüncü yaşayış kompleksinin tikintisi planlaşdırılır. Azərbaycanın mədəniyyət paytaxtı, qədim şəhərimiz Şuşada bu günə qədər çoxsaylı yerli və beynəlxalq miqyaslı konfranslar, seminarlar, festivallar keçirilir. Bütün bunlar bir daha Şuşamızın Qafqazın incisi, Qarabağımızın baş tacı olduğunu təsdiqləyir.
İşğaldan azad edilən Qarabağımız yenidən qurulur və inkişaf edir. Bununla Azərbaycan bir daha dünya birliyinə, xalqlarına nümayiş etdirir ki, biz düşmənə döyüş meydanında vurduğumuz zərbə ilə işğal altında olan torpaqlarımızı azad etdiyimiz kimi ərazilərin bərpası ilə də böyük qələbələri davam etdirməyi bacarırıq.
İLHAM ƏLİYEV