Icma.az
close
up
RU
Bəşəriyyəti sirli asteroid təhdid edir, Çin onu uzaqlaşdırmaq istəyir

Bəşəriyyəti sirli asteroid təhdid edir, Çin onu uzaqlaşdırmaq istəyir

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəşəriyyətə potensial təhlükə yaradan 2024 YR4 adlı asteroidin 2032-ci ildə Yerə çırpılma ehtimalı var. Çin və ABŞ bu ssenarinin qarşısını almaq şansına malikdir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Interesting Engineering" nəşri məlumat yayıb.

Bu asteroidin diametri təxminən 40-90 metr arasında qiymətləndirilir və ilk dəfə 2024-cü ilin dekabrında aşkar edilib. Avropa Kosmik Agentliyi onu ən yüksək risk daşıyan asteroidlər siyahısına daxil edib və 2032-ci ildə Yerə toqquşma ehtimalını 2,2% olaraq qiymətləndirib.

"Toqquşma ehtimalı çox azdır, həmçinin asteroid kifayət qədər kiçikdir ki, hər hansı potensial təsir lokal xarakter daşısın. Lakin vəziyyət qlobal planetar müdafiə cəmiyyətinin diqqətinə layiqdir", deyə agentlik bəyan edib.

Hazırda alimlər üçün əsas problem asteroidin orbitini və ölçüsünü dəqiq müəyyənləşdirməkdir. Bu amillər onun real təhlükə səviyyəsini başa düşmək üçün həlledici əhəmiyyət daşıyır. Kiçik, lakin parlaq asteroid, böyük, lakin qaranlıq bir asteroid qədər görünə bilər. Hazırkı ölçü təxminləri asteroidin əks etdirdiyi işığa əsaslanır ki, bu da dəqiq hesab edilmir.

Bu təhlükəli asteroid Ceyms Uebb Teleskopu vasitəsilə müşahidə ediləcək. Alimlər bu güclü teleskopdan istifadə edərək onun ölçüsünü və orbitini daha dəqiq müəyyənləşdirməyə çalışacaqlar.

Daha əvvəl Çin "planetar müdafiə komandasının" yaradıldığını açıqlamışdı. Bu komanda lazım gələrsə, potensial təhlükəli asteroidlərin orbitdən çıxarılması missiyalarını həyata keçirəcək. 2024 YR4 asteroidinin aşkar edilməsindən sonra Çinin Elm, Texnologiya və Sənaye üzrə Dövlət İdarəsi "planetar müdafiə postu" üçün könüllülərin qeydiyyatına başladığını elan edib.

Keçən il Çin 2030-cu ildə həyata keçirilməsi planlaşdırılan ilk asteroid müdafiə missiyasının ilkin planını açıqlamışdı. Bu missiya Yerə yaxınlaşan asteroidi müşahidə etməyi, daha sonra isə kosmik gəmi vasitəsilə onun trayektoriyasını dəyişdirməyi nəzərdə tutur.

Bu yanaşma 2022-ci ildə NASA-nın DART missiyası zamanı sınaqdan keçirilən metodla oxşardır.

"Əgər bu asteroid Yer üçün real təhlükə yaradırsa, o zaman NASA və Çin onun orbitini dəyişdirmək üçün kosmik gəmiləri ona çırpdırmaq variantını nəzərdən keçirə bilər", deyə "Interesting Engineering" nəşri yazır.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Fevral 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri