Suriya prezidenti kürd lideri Elham Əhmədini parlament üzvü təyin etdi
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Suriya Prezidenti Əhməd əl-Şaraa tanınmış kürd siyasətçisi Elham Əhmədini parlament üzvü təyin edib.
Moderator.az xəbər verir ki, bu barədə ölkənin qanunverici orqanından bildirilib. Bu, kürd qüvvələrinin və strukturlarının Suriya dövlət sisteminə inteqrasiyası barədə müqavilənin imzalanmasından aylar sonra baş verib.
Yanvar ayında kürdlər və hökumət inteqrasiya barədə razılığa gəlib. Nəticədə kürd birləşmələri İŞİD terror təşkilatına qarşı mübarizədə vətəndaş müharibəsi zamanı ələ keçirdikləri əraziləri tərk ediblər.
Avqust ayında Suriya Demokratik Qüvvələrinin komandanı Məzlum Əbdi kürdlərin rəhbərlik etdiyi silahlı birləşmənin buraxıldığını elan edib. Daha sonra o, əl-Şaraa-ya müşavir təyin edilib.
Suriyanın keçid qaydalarına əsasən, prezident parlament üzvlərinin üçdə birini təyin edir. Qanunverici orqan əl-Şara tərəfindən imzalanan və müstəqil üzvün boş yerini doldurmaq üçün Əhmədin Xalq Məclisinə təyin edilməsi barədə fərman dərc edib. Nəticədə, parlament üzvlərinin sayı 205-dən 206-ya yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 26 Noyabr 2026 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















