Icma.az
close
up
RU
Beşiktaş bu futbolçunu 25 milyon avroya satmadı!

Beşiktaş bu futbolçunu 25 milyon avroya satmadı!

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

''Beşiktaş'' bu qış önəmli futbolçularından birini itirə bilərmiş. Söhbət Jedson Fernandeşdən gedir.

Portuqaliyalı ulduz Rusiya klublarının hədəfində idi. Həm ''Zenit'', həm də ''Spartak'' 26 yaşlı yarımmüdafiəçiyə görə əvvəlcə 15 milyon avroluq təklif irəli sürmüşdü. ''Beşiktaş'' bu təklifi geri çevirdikdən sonra ''Zenit'' danışıqları dayandırdı.
Amma iddialara görə ''Spartak'' bir neçə gündən sonra yenidən İstanbul nəhənginin qapısını döyərək bu dəfə 25 milyon avroluq təklif göndərdi. Fernandeş Rusiyaya yollanmağa razı idi. Çünki Moskva nəhəngi ona illik 4 milyon avro maaş ödəməyə hazır idi. Amma ''ağ-qaralar''ın prezidenti Sərdar Adalı məsələyə qarışaraq bu təklifi də geri çevirdi. Ona görə də Fernandeş ən azı mövsümün sonuna qədər ''Beşiktaş''da qalası oldu.
Bu futbolçunun transfer dəyərinin 17 milyon avro olduğunu nəzərə alsaq, Adalının bu qədər sərfəli təklifi geri çevirməsinin altında başqa səbəb yatır. Məsələ burasındadı ki, Fernandeşin satışından əldə olunacaq məbləğin 50 faizi ''Benfika''ya çatmalıdı. Klublar arasında 2021-ci ildə imzalanan müqavilədə belə bir maddə var. İndi Adalı mövsümün sonuna qədər ''Benfika'' ilə danışıqlar apararaq bu maddəni ləğv etməyə çalışacaq. O buna nail olsa, artıq yayda Fernandeşi istədiyi məbləğə sata biləcək.
''Beşiktaş'' ilə 2027-yə qədər müqaviləsi olan Fernandeş bu mövsüm 34 rəsmi oyunda iştirak edərək aktivinə 8 qol, 2 məhsuldar ötürmə yazıb.
ƏLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Fevral 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri