Beşiktaş Fənərbağçanı məğlub edib
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Beşiktaş" İstanbul derbisində "Fənərbağça"nı məğlub edib.
"Ölkə.az" xəbər verir ki, oyun Türkiyə Superliqasının XV turuna təsadüf edib.
Qarşılaşma "qara qartallar"ın qələbəsi ilə yekunlaşıb - 1:0.
73-cü dəqiqədə Aleks-Oksleyd Çamberlayn fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 25-ə çatdıran "Beşiktaş" dördüncü pillədə qərarlaşıb. "Fənərbağça" 32 xalla ikinci sıradadır.

