Doxsan mindən çox müəllimin əməkhaqqına əlavələr edilib
Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
"Təxminən 31 min müəllimə isə 35 faizlik əməkhaqqı əlavəsi əldə edib”
"Azərbaycanda sertifikatlaşdırma prosesinin birinci mərhələsi yekunlaşıb, prosesdə iştirak edən 104 min müəllimdən 91 400 nəfərinin əməkhaqqına əlavələr edilib". AYNA.AZ xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, sertifikatlaşdırmada iştirak edən müəllimlərin 60 min nəfəri 30 baldan 51 bala qədər nəticə göstərərək əməkhaqqına 10 faiz əlavə qazanıb: "Təxminən 31 min müəllimə isə 35 faizlik əməkhaqqı əlavəsi əldə edib. Sertifikatlaşdırmada iştirak etməyən və ya prosesə cəlb olunmayan müəllimlərin bu il orta aylıq əməkhaqqı 770 manat təşkil edir. Sertifikatlaşdırmadan uğurla keçərək 10 faiz əlavə alan müəllimlərin orta aylıq əməkhaqqı vergilər daxil olmaqla (gross) 1 010 manat, 51 baldan yuxarı nəticə göstərən müəllimlərin isə 1 320 manatdır. Bu islahatın həyata keçirilməsi üçün növbəti il dövlət büdcəsindən 286.4 milyon manat vəsait ayrılması nəzərdə tutulub. 2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı üç dəfədən çox artıb. 2026-cı ilin sentyabrına olan məlumata əsasən, Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqı vergilər daxil olmaqla (gross) 1 030 manat təşkil edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 13 Noyabr 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















