Icma.az
close
up
RU
Beşiktaş ın sabiq prezidenti döyüldü, toplantı yarımçıq dayandırıldı FOTO

Beşiktaş ın sabiq prezidenti döyüldü, toplantı yarımçıq dayandırıldı FOTO

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünən ''Beşiktaş''da klubun rəsmi üzvlərinin ilin ilk toplantısı keçirildi.

''Football-plus.az'' xəbər verir ki, toplantı böyük qalmaqal, hətta rüsvayçılıqla yekunlaşdı. Məsələ burasındadı ki, sabiq başqan Hasan Arat da sürpriz şəkildə bu toplantıda iştirak etmək qərarına gəlmişdi.
Məlum olduğu kimi Arat 2023-cü ilin dekabrın 3-də baş tutan seçkilərdə qalib gələrək klubun 35-ci prezidenti seçilmişdi. Amma onun dönəmi çox çətin və qısa alınmışdı. Arat cəmi 361 gün sonra - 2024-cü ilin noyabrın 29-da sürpriz şəkildə istefa verdi. Həmin vaxt onun bu addımı camiədə heç də xoş qarşılanmadı. Bir çoxları Aratı məsuliyyətdən qorxmaqda və çətin vaxtda klubu atıb qaçmaqda günahlandırdı. Amma Aratın həm də səhhəti ilə bağlı problemləri var idi. Arat ayrıldıqdan sonra bir qayda olaraq toplantılara qatılmırdı və açıqlamalar verməkdən çəkinirdi. Amma bu dəfə özünün dediyinə görə o, hər şeyə aydınlıq gətirmək üçün toplantıya qatıldı.
Onun gəlişi ilk andan qalmaqalla müşayiət olunmağa başladı. Sabiq başqanın gəlişi bəzi yönəticilərin xoşuna gəlmədi. ''Beşiktaş'' onu gözlətdirmək qərarına gələrək yalnız 17-ci olaraq söz verdi. Arat öz sırasını sona qədər gözləyərək kürsüyə çıxdı. O, açıqlama verdiyi sırada salondan səslər gəlməyə başladı. Daha sonra isə arxasında dayanan ''divan kurulu'' başqanı Tevfik Yamantürk Arata söz atmağa başladı. Onlar bir-birilərinə ''tərbiyəsiz'' dedikdən sonra təhqirlərə keçdilər. Məhz bu məqamda Yamantürk Arata yaxınlaşaraq onun üzünə zərbə endirdi. Aləm bir-birinə dəydi və daha iki yönətici də sabiq prezidentin üzərinə cumaraq ona yumruq zərbəsi vurdu. Özü də bütün bunlar toplantını çəkən TRT Haber kanalının canlı yayınında baş verdi!
Qalmaqallı görüntülər qısa müddətdə sosial şəbəkələrin əsas müzakirə mövzusu oldu. Bu olay üzündən toplantı yarımçıq dayandırıldı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Aprel 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri