“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin “Beşiktaş” klubu baş məşqçi Sergen Yalçınla yollarını ayırıb.
Teleqraf İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ümraniyə şəhərində yerləşən Nevzat Dəmir Təsislərində klub prezidenti Serdal Adalı, futbol komitəsinin üzvü Melih Aydoğdu, vitse-prezident Murat Kılıç və Sergen Yalçın arasında görüş keçirilib.
Toplantı zamanı 53 yaşlı mütəxəssis istefa vermək istədiyini bildirib və rəhbərlik bu qərarı qəbul edib.
Yalçınla yanaşı, onunla birlikdə çalışan idman koordinatoru Serkan Reçberlə də əməkdaşlığa xitam verilib.
Qeyd edək ki, “Beşiktaş”dakı ikinci dönəmini başa vuran Sergen Yalçın komandanın başında keçirdiyi 39 oyunda 20 qələbə, 10 heç-heçə və 9 məğlubiyyətlə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 18 May 2026 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















