Icma.az
close
up
RU
Counter Strike video oyunu beyni inkişaf etdirir…

Counter Strike video oyunu beyni inkişaf etdirir…

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

...Şeffild Universitetində aparılan araşdırma nəticəsində məlum olub ki, məşhur atıcı oyun Counter-Strike beyin inkişafına müsbət təsir göstərə bilər.

SİA-nın məlumatına görə, alimlər müəyyən ediblər ki, 25 ildir mövcud olan birinci şəxs atıcısının təcrübəli oyunçuları qərar qəbul etməyi və vəziyyətlərə daha tez reaksiya verməyi bacarırlar.

Araşdırmanın nəticələri universitetin saytında dərc olunub. Endpoint espor təşkilatı ilə əməkdaşlıqda aparılan araşdırmada elm adamları müxtəlif bacarıq səviyyələrində olan oyunçuların idrak qabiliyyətlərini təhlil ediblər.

Nəticələr göstərib ki, peşəkarlar və yarımmütəxəssislər sadə qərarlar qəbul etməkdə təcrübəsizlərdən əhəmiyyətli dərəcədə sürətlidirlər – orta hesabla 88,94 millisaniyə.

Bu üstünlük informasiyanın daha sürətli işlənməsi və hərəkətlərin icrası ilə bağlıdır.

Tədqiqat həmçinin göstərib ki, təcrübəli oyunçular mürəkkəb problemləri həll edərkən məlumatı daha tez toplayır və bu, sürətli qərar qəbul etmənin tələb olunduğu situasiyalarda onları daha effektiv edir.

Alimlər hesab edirlər ki, əldə edilən məlumatlar təkcə oyun sənayesində deyil, yüksək sürət və dəqiqliyin tələb olunduğu tibb, aviasiya və maliyyə kimi digər sahələrdə də faydalı ola bilər.

Koqnitiv psixologiya professoru Klaudiya fon Bastian vurğulayıb ki, Counter-Strike oyunların koqnitiv funksiyalara təsirini öyrənmək üçün idealdır.

Oyun iştirakçılarından vəziyyəti tez qiymətləndirməyi, komandada işləməyi və bir çox amillər əsasında qərarlar qəbul etməyi tələb edir. Professorun fikrincə, video oyunlar təzyiq altında koqnitiv bacarıqların öyrənilməsi və inkişafı üçün təhlükəsiz mühit rolunu oynaya bilər.

Bu, gərgin şəraitdə çalışan mütəxəssislərin yeni tədris metodlarının yaradılması və hazırlanması üçün imkanlar açır.

Nazlı Almuradova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Fevral 2025 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri