Icma.az
close
up
RU
® Bakıda “Counter Strike 2” üzrə milli turnir “BUTA League” keçirilir

® Bakıda “Counter Strike 2” üzrə milli turnir “BUTA League” keçirilir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Kiberidman Federasiyasının təşəbbüsü ilə Bakıda “Counter-Strike 2” üzrə milli turnir — “BUTA League” təşkil olunub. Turnirin bütün mərhələləri “GMT Arena” kiberidman məkanında oflayn formatda keçirilir.

Federasiyanın verdiyi məlumata görə, turnirdə ölkənin müxtəlif bölgələrindən olan 20 komanda iştirak edir. Onların sırasında “SaintZ”, “Avenue”, “Senergy”, “DIA Brigada”, “World Wide”, “Team Pho3n1x”, “No Info”, “Covboyz”, “Kenza”, “Disband”, “Take CTRL”, “Gorgeous Five”, “5boyZ”, “Socarility”, “Gold Lions”, “TeamGo”, “VIA”, “Akatsuki”, “AzEİNF” və “Triple Fire” kollektivləri yer alır.

Bir neçə həftə ərzində komandalar finala yüksəlmək uğrunda gərgin mübarizə aparır, peşəkarlıq, taktiki yanaşma və komanda ruhu nümayiş etdirirlər. İyulun 20-də “Stereo Hall”da baş tutacaq böyük finalda “BUTA League” çempionu adı uğrunda iki ən güclü komanda qarşılaşacaq.

Final tədbiri ictimaiyyət üçün açıq olacaq. Biletləri iticket.az platformasından əldə etmək mümkündür. Tamaşaçıları yalnız maraqlı oyunlar deyil, eyni zamanda, müsabiqələr, interaktiv zonalar və tərəfdaşların təqdim edəcəyi hədiyyələr gözləyir.

Turnirin final mərhələsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, həmçinin Elm və Təhsil Nazirliyi nümayəndələrinin iştirakı gözlənilir. Bu isə dövlətin gənclər arasında kiberidmanın inkişafına verdiyi önəmi bir daha təsdiqləyir.

Azərbaycan Kiberidman Federasiyası bildirir ki, “BUTA League” gələcəkdə davamlı turnirlərin təməlini qoyacaq və peşəkar oyunçuların yetişməsi üçün mühüm platforma rolunu oynayacaq.

“BUTA League — Azərbaycanda kiberidmanın gələcəyinə töhfəmizdir”, - deyə Federasiyanın prezidenti Oqtay Qasımzadə qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:263
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri