Bəşir Mənsurov: Hamımızın ortaq bir dəyəri var: mənəvi insani keyfiyyətlər
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 24 dekabr, AZƏRTAC
Bu forumun mahiyyətindən biri də ondan ibarətdir ki, bu tədbirdə iştirak edən müsəlmanlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən qeyri-müsəlman dini icmaların nümayəndələri də harmoniya və vəhdət şəklində bir araya gələrək eyni mövzunu müzakirə etdilər. Bu isə onu göstərir ki, hamımızın ortaq bir dəyəri var: mənəvi-insani keyfiyyətlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Din Xadimlərinin II Forumunun iştirakçısı Məhəmmədi kənd məscidinin imamı Bəşir Mənsurov deyib.
O bildirib ki, bu forum vasitəsilə məhz həmin ortaq dəyərlər, mənəvi-insani keyfiyyətlər ətrafında bir daha birləşərək bir növ dünyaya mesaj verildi. Həm müharibələrin davam etdiyi bölgələrə, həm də radikalizmin mövcud olduğu ərazilərə mesaj verdik ki, Azərbaycan bütövlükdə bu cür hallardan uzaqdır.
“Biz həm din xadimi olaraq, həm dövlət olaraq, həm də xalq olaraq heç vaxt imkan vermərik ki, ölkəmizdə hər hansı pozucu hal baş versin, qeyri-sağlam dini mühit yaradılsın. Biz yalnız mənəvi-insani keyfiyyətlər ətrafında birləşərək ölkəmizi, xalqımızı və millətimizi qoruyacağıq və gələcəkdə də bu istiqamətdə müsbət, doğru addımlar atacağıq”, - deyə Bəşir Mənsurov vurğulayıb.
Baxış sayı:31
Bu xəbər 24 Dekabr 2025 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















