Icma.az
close
up
RU
Rusiyanın savaş itkiləri ilə bağlı dəhşətli faktlar açıldı: Kreml Ukraynada niyə məhz qeyri rusları qırğına verir

Rusiyanın savaş itkiləri ilə bağlı dəhşətli faktlar açıldı: Kreml Ukraynada niyə məhz qeyri rusları qırğına verir

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Kreml üçün Ukrayna müharibəsi, ərazilərinin işğalından qaynaqlanan mübahisə deyil, bu, ABŞ-ın liderlik etdiyi beynəlxalq sistemlə daha genişmiqyaslı qarşıdurmanın yalnız tərkib hissəsidir... Yəni, hazırda baş verənlər əslində, geostrateji təsir zonaları, qlobal təhlükəsizlik zəmanətləri və “soyuq müharibə”dən sonrakı geopolitik güc nizamına nəzarət uğrunda mübarizədir...

Rusiya siyasi dairələri Ukrayna savaşının dayandırılmasına yönəlik mövqeyini dəqiqləşdirərək, rəsmən elan edib. Kremlin savaş məntiqi sabit qalmaqla yanaşı, Rusiya Ukrayna ilə atəşkəs barədə danışıqlara hazır olmadığını birmənalı şəkildə vurğulayıb. Əsas önəmli məqam ondan ibarətdir ki, Kreml Ukraynanın savaşdan ciddi şəkildə yorulduğunu nəzərə alır və ona görə də, yalnız “kapitulyasiya aktı” məzmununda “sülh sazişi” imzalamaqda israr edir. Halbuki, Kreml Rusiyanın da bu savaşdan ciddi şəkildə yorulduğunu və maliyyə-iqtisadi kataklizmlər dövrünə yaxınlaşdığını gizlətməkdə çətinlik çəkir.

Onu da qeyd etmək lazımdır ki, Kremlin Yeni il ərəfəsində atəşkəs təşəbbüsünü rədd etməsi yalnız taktiki inadkarlıq deyil. Bu, Rusiyanın Ukrayna müharibəsini hansı məntiq əsasında apardığını açıq şəkildə ortaya qoyur. Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Kreml rəsmi Kiyevə “nəfəs almaq” və yeni hərbi mərhələyə hazırlaşmaq imkanı verəcək bir fasilədə qətiyyən maraqlı deyil. Onun dediyinə görə, Rusiya üçün genişmiqyaslı siyasi razılaşma olmadan elan ediləcək atəşkəs sülhə aparan yol deyil, əksinə, strateji riskdir.

Təbii ki, Dmitri Peskovun bu açıqlaması Kremlin dəyişməz olan mövqeni növbəti dəfə təsdiqləyir. Rusiya siyasi dairələri müharibəni yalnız simvolik və ya humanitar səbəblərlə dayandırmaq niyyətində olmadıqlarını biruzə verirlər. Kremldə hesab edirlər ki, istənilən qısa fasilə ilk növbədə Ukraynaya və onun Qərbdəki müttəfiqlərinə hərbi resursları yenidən toparlamaq, silahlanma prosesini genişləndirmək imkanı yaradacaq. Və bu baxımdan, Kreml mövcud atəşkəs təşəbbüslərini sülhə yönəlik cəhd yox, məhz Qərbin Ukrayna savaşını idarə etmə aləti kimi qiymətləndirir.

Ancaq Rusiya atəşkəs təşəbbüsündən birbaşa “razılaşma mərhələsi”nə keçid edilməsində israrlı davranarkən, əslində, strateji mesaj da vermiş olur. Çünki burada əsas diqqətçəkən məqam Dmitri Peskovun məsələyə ABŞ prezidenti Donald Trampın istifadə etdiyi terminlərlə, xüsusilə də, “razılaşma” kontekstində yanaşmasıdır. Bu, qətiyyən təsadüfi deyil. Rusiya getdikcə daha açıq şəkildə göstərir ki, münaqişədə əsas qarşı tərəf olaraq, rəsmi Kiyevi yox, məhz ABŞ-ı görür. Yəni, Kreml mesaj verir ki, Ukrayna yalnız savaş meydanının iştirakçısıdır, ancaq ABŞ əsas strateji qərarvericidir.

Maraqlıdır ki, Rusiyanın mövqeyinə görə, yalnız daha geniş təhlükəsizlik arxitekturasını - NATO-nun genişlənməsi, Şərqi Avropadakı Qərb hərbi mövcudluğu və Ukraynanın geopolitik orientasiyası ilə bağlı mövzuları əhatə edən ümumi razılaşma müharibənin bitməsini əsaslandıra bilər. Rusiyanın maraqlarına bağlı bu məsələlər həll edilmədiyi halda, Kreml qısamüddətli atəşkəs təşəbbüslərini yalnız diqqəti əsas mövzulardan yayındıran taktiki addımlar hesab edir. Və Kremlin bu həm inadkar, həm də maksimalist mövqeyi hazırda Ukrayna savaşının hər iki iştirakçısına olduqca baha başa gəlir.

Məsələ ondadır ki, Böyük Britaniya hərbi kəşfiyyatının yaydığı hesabata görə, yalnız 2024-2025-ci illərdə Ukraynada 400 min nəfərdən çox Rusiya hərbçisi həlak olub və ya yaralanıb. Bu rəqəmlər savaşın Avropa qitəsində İkinci Dünya Müharibəsindən sonra görünməmiş miqyasda yüksək intensivlikli fəlakət qaynağına çevrildiyini göstərir. Və hazırda hər iki savaş iştirakçısı üçün maliyyə-iqtisadi, infrastruktur kimi önəmli sahələri mdə əhatə edən müharibə itkilərini sonradan bərpa edilməsi o qədər də asan olmayacaq.

Bütün bunlara baxmayaraq, Kreml bu itkiləri eynilə qəbul etməyə də hazır görünür. Böyük Britaniya kəşfiyyatının məlumatına əsasən, Rusiya hakimiyyəti hərbi səfərbərliyi əsasən sosial-iqtisadi cəhətdən zəif inkişaf etmiş, siyasi aktivliyi aşağı olan və etnik azlıqların üstünlük təşkil etdiyi regionlarda daha da gücləndirib. Çünki məhz belə regionlarda maliyyə xarakterli stimullaşdırma cəhdləri daha effektiv olur, canlı qüvvə itkilərinin siyasi rezonansı isə daha zəif hiss edilir. Buna paralel olaraq, Kreml siyasi mobilizasiya potensialı yüksək olan Rusiyanın böyük şəhərlərini müharibənin sosial nəticələrindən kənarda saxlayaraq, müəyyən mənada, qorumağa çalışır.

Belə anlaşılır ki, Kreml üçün ictimai dəstək və siyasi-iqtisadi elita daxilində konsensus qorunduğu, itkilər isə yeni hərbi səfərbərliklə kompensasiya olunduğu müddətcə, Rusiya rəhbərliyinin bu müharibəni yüksək insan itkisi bahasına da olsa, davam etdirməyə hazır olduğu görünür. Kreml üçün əsas “qırmızı xətt” cəbhədəki itkilər yox, ölkə daxilində siyasi-ictimai sabitliyin pozulmasıdır. Və bu baxımdan, Rusiyanın hakim siyasi dairələrinin əsas diqqəti məhz ölkədə sabitlik faktorunun dəyişməz qalmasına yönəltmiş kimi görünür.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşının əhatə etdiyi neqativ miqyas ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloqun səsləndirdiyi fikirlərdə açıq ifadə olunub. O, bildirib ki, Rusiya və Ukrayna ümumilikdə iki milyondan çox insan itirib. Bu rəqəmlərin Vyetnam və keçmiş SSRİ-nin Əfqanıstan müharibəsində verdiyi itkilərlə müqayisəsi isə əslində, Qərb siyasi-ictimai auditoriyası üçün açıq mesajdır. Yəni, Ağ Ev dolayısı ilə anlatmağa çalışır ki, Ukrayna müharibəsi artıq nə məhdud regional qarşıdurma, nə də “idarəolunan” münaqişə deyil.

ABŞ siyasi dairələrinin bu önəmli narrativi Ağ Evdə və Avropanın bəzi paytaxtlarında müharibə yorğunluğunun təqdimatını daha da gücləndirir. Son vaxtlar daha çox vurğulanan əsas fikir ondan ibarətdir ki, Ukrayna savaşının uzanması Qərbin maliyyə-iqtisadi, hətta hərbi resurslarını tükəndirir, ancaq buna baxmayaraq, həlledici nəticə də vermir. Və bu səbəbdən də, Ukraynaya açıq hərbi dəstəkdən, mərhələli şəkildə münaqişənin dayandırılmasına yönəlik siyasi xəttə keçid çağırışları artmağa başlayıb.

Halbuki, indiki situasiyada “məqbul razılaşma” anlayışı münaqişə tərəfləri üçün tamamilə fərqli mənalar daşıyır. Belə ki, rəsmi Kiyev üçün müvəqqəti də olsa, atəşkəsin əldə edilməsi Ukraynba dövlətçiliyinin qorunmasında önəmli vasitə rolunu oynaya bilər. Kreml isə hələlik yalnız Rusiyanın strateji qazanclarını möhkəmləndirə və regional güc balansını dəyişə biləcək “sülh razılaşması”na üstünlük verir.

Bütün bunlar onu göstərir ki, münaqişəyə onun iştirakçılarının geostrateji yanaşmasındakı bu fərqli məntiq yaxın perspektivdə qarşılıqlı kompromis ehtimalını açıq-aşkar çətinləşdirir. Belə ki, Kreml üçün Ukrayna müharibəsi həm də ABŞ-ın liderlik etdiyi beynəlxalq sistemlə daha geniş qarşıdurmanın yalnız tərkib hissəsidir. Bu, sadəcə, Ukrayna ərazilərinin işğalından qaynaqlanan mübahisə deyil. Yəni, hazırda baş verənlər əslində, geostrateji təsir zonaları, qlobal təhlükəsizlik zəmanətləri və “soyuq müharibə”dən sonrakı güc nizamına nəzarət uğrunda mübarizədir.

Ona görə də, bu çərçivədə müvəqqəti atəşkəslər və ya etimad quruculuğu addımları yalnız güc balansında real dəyişiklik baş verdikdə əhəmiyyət kəsb edə bilər. Artan itkilərə baxmayaraq, Kreml hələ də zamanın, resursların və strateji imkanların Rusiyanın xeyrinə olduğuna inanır. Bu hesablamalar dəyişmədiyi müddətcə, Rusiyanın atəşkəs çağırışlarına cavabı dəyişməz qalır. Ona görə də, Kreml hesab edir ki, razılaşmasız atəşkəs yoxdur, geopolitik güzəştlərsiz isə sülh sazişi mümkün deyil və geopolitik balans dəyişməyincə müharibə davam edəcək.(musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Dekabr 2025 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri