Icma.az
close
up
RU
Bəxtiyar Əliyev: Avropa Parlamenti Azərbaycana qarşı qərəzli mövqeyinə görə tənqid etmək hüququnu itirib

Bəxtiyar Əliyev: Avropa Parlamenti Azərbaycana qarşı qərəzli mövqeyinə görə tənqid etmək hüququnu itirib

Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin deputatı Bəxtiyar Əliyev parlamentin payız sessiyası üzrə növbəti plenar iclasında çıxışı zamanı Avropa Parlamentinin Azərbaycana qarşı mövqeyini kəskin tənqid edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, Avropa Parlamenti uzun illər ərzində Azərbaycana qarşı qərəzli münasibəti ilə ölkəmizi tənqid etmək üçün mənəvi hüququnu itirib. Onun sözlərinə görə, 30 il ərzində Azərbaycanın haqlı mövqeyini müdafiə edə bilməyən, məcburi köçkünlərin ağır şəraitdə yaşamasına göz yuman bir qurumun bu gün Azərbaycanla bağlı iradlar səsləndirməsi qəbuledilməzdir.

Bəxtiyar Əliyev vurğulayıb ki, Avropa Parlamenti hazırda da Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olmağa çalışır və Azərbaycanla Ermənistan arasında əməkdaşlığın formalaşmasına əngəl yaradır. Deputat bu yanaşmanı qurumun anti-Azərbaycan siyasətinin növbəti təzahürü kimi qiymətləndirib.

Onun sözlərinə görə, Avropa Parlamentinin xoşagəlməz mövqeyinin əsas göstəricilərindən biri də suveren dövlətlərin daxili işlərinə qarışmaq cəhdləridir. Deputat qeyd edib ki, heç bir dövlət, o cümlədən Azərbaycan, öz suveren hüquqlarını hər hansı quruma güzəştə getmək niyyətində deyil.

Bəxtiyar Əliyev əlavə edib ki, Avropa Parlamenti müxtəlif qurumlarla birlikdə ayrı-ayrı ölkələrin daxili işlərinə müdaxilə etməyə, təxribat və zorakı ssenariləri “inqilab” adı altında ixrac etməyə çalışır. Onun fikrincə, Azərbaycan cəmiyyəti bu cür yanaşmaları heç vaxt qəbul etməyib və bundan sonra da qəbul etməyəcək.

Deputat sonda qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son təxribatçı qətnamə də cəmiyyət tərəfindən kəskin şəkildə pislənəcək. O, Milli Məclisin bu qətnaməyə qarşı bəyanat verməsi təşəbbüsünü dəstəklədiyini və bunun zəruri və faydalı addım olacağını vurğulayıb.

Afət ZİYADQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 19 Dekabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see207

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see199

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see183

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see153

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see150

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see136

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri