Icma.az
close
up
RU
BƏXTİYAR NEFTÇİNİN 100 İLLİYİ

BƏXTİYAR NEFTÇİNİN 100 İLLİYİ

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Qədim Şəki ölkəmizin tarixinə bir çox şəxsiyyətlər bəxş etmişdir. Onları saymaqla qurtarmaq çətindir. Dediyim fikri təsdiq etmək üçün bir neçə şəxsiyyətin adını çəkmək istəyirəm. Azərbaycan dramaturgiyasının təməlini qoyan dahi mütəfəkkir Mirzə Fətəli Axundzadə, dilçilik tarixinin karifeylərindən akademik Əzəl Dəmirçizadə, şərqin ilk bəstəkar qadını Şəfiqə Axundova, yazıçı-dramaturq Sabit Rəhman, akademik Yaşar Qarayev, dahi şair Bəxtiyar Vahabzadə və başqaları. Azərbaycan neft sənayesi sahəsində də görkəmli şəxsiyyət  Bəxtiyar Məmmədov öz adını tarixə yazdırmışdır. 

Şəkidə tarixən dəniz və göl olmadığına görə həmişə deyirlər ki,  şəkililər üzgüçülük bacarmır. Amma şəkili neftçi  Bəxtiyar Məmmədov Xəzərdə üzə-üzə neft daşları kimi nəhəng bir şəhər yaradıb.  Bu neft sənayesində dünyada bir ilk idi və sonralar Bəxtiyar Məmmədovun təcrübəsi bir çox xarici ölkələrdə də reallaşmışdır. Bugünkü mövzumuzun qəhrəmanı da gözəl insan, mətin iradəli şəxsiyyət, sevdiyi neftçi peşəsinin fanatı Bəxtiyar Məmmədovdur. Bəxtiyar Məmmədovun anadan olmasının 100 illiyinə həsr edilmiş toplantı Şəkidə fəaliyyət göstərən Çingiz Mustafayev adına klubda baş tutan bu toplantının aparıcısı Şəki şəhər  Nakam adına Mərkəzi Kitabxananın şöbə müdiri, bədii qiraət ustası Dilbər xanım Yaqubova toplantı iştirakçılarını salamladı və Bəxtiyar Məmmədovun həyatı, qəhrəmanlıq təcəssümü olan neftçi fəaliyyəti haqqında danışarkən dedi:

Neft daşları – ürəyimin parası,

Qara qızıl səltənətim, sərvətim,

Qara daşlar – gözlərimin qarası,

Neft daşları – şeiriyyətim, söhbətim,

Dalğalarda ağ qanadlı kəhərim,

Zülmətlərə nur paylayan şəhərim,

Neft daşları – qəhrəmanlar diyarım,

Neft daşları – məhəbbətim, şöhrətim.

Məftun edən həm doğmanı, həm yadı,

Mavi gözlü Xəzərimin övladı.

Neft daşları – xəyalımın qanadı,

Neft daşları - əzəmətim, qüdrətim.

Ümman üstə  poladlaşan izlərim,

Hüsnündən doymadı mənim gözlərim.

Neft daşları -  nağıllaşan sözlərim,

Neft daşları – dizlərimdə taqətim.

Neft daşları – ürəyimin aparas,

Möhtəşəmlik abidəmsən, zəhmətim,

Qara daşlar gözlərimin qarası.

-Bəxtiyar Məmmdrza oğlu  Məmmədov 1925-ci il 18 oktyabr tarixində Şəkidə anadan olub. O, 10 nömrəli məktəbdə orta təhsilini başa vurduqdan sonra 1943-cü ildə o dövrün ən nüfuzlu ali məktəblərindən biri olan Azərbaycan Sənaye İnstitutuna daxil olmuş və 1949-cu ildə həmin institutu bitirərək Dağ-mədən mühəndisliyi ixtisasına yiyələnmişdir. Bəxtiyar Məmmədov Neft-qazçıxarma sənayesində əmək fəaliyyətinə institutun sonuncu kursunda olarkən başlamışdır. Belə ki. o, 1948-ci ildə  “Orconikidzeneft” Neft Mədən İdarəsinin neft hasilatı üzrə usta köməkçisi, usta, sonra mədən rəisinin köməkçisi və böyük mühəndis işləmişdir. 1951-1952-ci illərdə “Qobustanneft” trestinin baş mühəndisi, Umbakı mədəninin rəisi,  1952-1955-ci illərdə “Gürganneft” Neft Mədən İdarəsində birinci və ikinci mədənlərin müdiri, 1955-1962-ci illərdə Neft daşları neft-qaz çıxarma idarəsində rəis, 1962-1963-cü illərdə “Azneft” Birliyinin rəis müavini, baş mühəndis, 1963-1965-ci illərdə  “Dənizneft” Baş İdarəsinin rəisi,  1965-1970-ci illərdə Azərbaycan SSRİ-nin Neft Sənayesi Naziri olmuşdur.

Bundan sonra Bəxtiyar Məmmədov  1970-1972-ci illərdə “Xəzərdənizneft” İstehsalat Birliyinin rəisi, 1972-1974-cü illərdə “26 Bakı  Komissarı”  adına Neft-Qazçıxarma İdarəsinin rəisi işləmişdir. 1974-1976-cı illərdə xaricə ezamiyyətə göndərilmiş, Nigeriyada dənizdən neft çıxarma layihə rəhbərinin baş məsləhətçisi olmuşdur. Yəni orada bütün işlər Bəxtiyar Məmmədovun təcrübəsi əsasında təşkil edilmiş və dənizdən neft çıxarılmışdır. 1976-1982-ci illərdə “Dənizneftqazlayihə” Dövlət Elmi Tədqiqat Layihəsi İnstitutunun elmi işlər üzrə direktor müavini, 1982-1986-cı illərdə SSRİ-nin 50 illiyi adına Neft-Qazçıxarma İdarəsinin rəisi, 1986-1989-cu illərdə “Dənizneftqazlayihə” İnstitutunda şöbə rəisi işləmişdir.

30 yaşında olarkən Bəxtiyar Məmmədov dənizdə yeni yataqlar aşkar edilən bir zamanda, yəni 1955-ci ildə “Gürganneft” – indiki Neft daşlarında neft mədənləri idarəsinə rəis təyin edilmişdir. Bəxtiyar Məmmədovun rəhbərlik etdiyi dövrdə Neft daşları da gündən-günə şöhrətlənirdi. Onun bilavasitə rəhbərliyi və iştirakı ilə yüzlərlə neft quyuları qazılıb mənimsənilmiş, 10 kilometrlərlə estakadalar salınmış və həmin estakadalar üzərində yüzlərlə meydançalar, iki yaşayış  qəsəbəsi, gəmiyanalma körpüləri, şirin su təchizatı ilə əlaqədar müasir qurğular, 300 yerlik mədəniyyət sarayı, yeməkxanalar, dəniz suyunu mexaniki qarışıqlardan təmizləyən sutəmizləyici qurğular, yanğınsöndürmə nasos stansiyaları, elektrik enerjisi paylayan yarımstansiyalar, 100  kilometrlərlə aşağı və yüksək gərginlikli kabel xətləri, aşağı və yüksək təzyiqli qaz, su, neft xətləri  yaradılmış və istifadəyə verilmişdir. 

Həmin illərdə Bəxtiyar Məmmədovun təşəbbüsü ilə Neft daşlarında işləyən gənc fəhlələr estakadalar üzərində tikilmiş texnikumda təhsil alırdılar. Eyni zamanda Neft daşlarında bir çox mədəni məişət obyektləri, kitabxanalar, mağazalar və sair tikilib istifadəyə verilmişdir.  O zaman   çoxlarına möcüzə kimi görünən Neft daşlarının mərkəzində  6000 m2  sahəsi olan süni ada yaradılmış, gücü sonralar  30 000 kilovat saata çatdırılan buxar turbinli elektrik stansiyasının birinci mərhələsi işə salınmışdır.

Bəxtiyar Məmmədovun rəhbərlik etdiyi dövrdə Neft daşlarında həlli çətin olan məsələlərdən biri də həmin əraziyə vertolyot enişi meydançası idi. Eyni zamanda “Volqoqrad” sərnişin gəmisi ilə neftçilərin dənizə və sahilə daşınmasında  gəmiyanalma meydançasının tikilməsi  də öz həllini tapmışdır. Bəxtiyar Məmmədov rəis təyin edildikdən sonra bütün bunların öhdəsindən məharətlə gəlmiş və bir çox məsələlərdə neftçilərin həyatının təhlükəsizliyinin təminatçısına çevrilmişdir. 1955-ci ildə Bəxtiyar Məmmədov Neft daşları idarəsinə rəis təyin edilərkən neft hasilatı  2 milyon  404 min ton laylara vurulan suyun həcmi 3 milyon  736 min ton, elektrik enerjisi istehsalı  5,9 min kilovat saat olduğu halda, o,  öz rəhbərliyi illərində bu göstəriciləri 3-4 dəfə artırmışdır. Dünyada neftli laylara süni təsir metodlarının ilk təşəbbüsçüsü olan Bəxtiyar Məmmədov Neft daşları yataqlarında hasilatları dəfələrlə artırmağa nail olmuşdur.

Ümumiyyətlə, Xəzər dənizində neft və qaz ehtiyatlarının kompleks mənimsənilməsində Bəxtiyar Məmmədovun gördüyü işlər  əvəzedilməzdir.  Qısa bir vaxtda açıq dənizdə Neft daşlarının nəhəng neft mərkəzinə çevrilməsində Bəxtiyar Məmmədovun misilsiz xidmətləri vardır. Onun bir rəhbər kimi mədəni səviyyəsi də çox yüksək olmuş və kollektiv onu təkcə yaradıcı, təşəbbüskar, mehriban  rəhbər kimi deyil, qayğıkeş insan kimi də sevmiş  və hörmət etmişlər. Bəxtiyar Məmmədov  “Azneft” Birliyinin rəisi, “Başdənizneft” İdarəsinin rəisi, Azərbaycan SSRİ-nin Neft Sənaye Naziri işləyəndə də öz mənəvi keyfiyyətləri ilə çoxlarına nümunə  olmuşdur.  O,  sanki hər addımbaşı onu əhatə edən xoşbəxtliyi ətrafındakılara paylamaqdan zövq alırdı. Bəxtiyar Məmmədov neftçilərin qəlbində daim yaşamış və yaşamaqdadır.

Bəxtiyar Məmmədov eyni zamanda  neft və qaz yataqlarının istismarı sahəsində tanınmış alim idi. O, ixtiralarına görə 9 müəlliflik şəhadətnaməsi almışdır.  Məsul vəzifələrdə olarkən dəfələrlə Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin tərkibinə daxil edilmiş, o istedadlı  mühəndis və təşkilatçı kimi qeyri-adi bacarığına görə respublikanın dənizdə neft hasilatının inkişafı və təşəkkül tapmasında misilsiz xidmətlərinə görə“Sosialist əməyi qəhrəmanı”,  Azərbaycanın Dövlət mükafatı laureatı  adlarına layiq görülmüşdür. O, eyni zamanda “Azərbaycan neft ustası”, “Azərbaycanın əməkdar mühəndisi”,                “SSRİ-nin fəxri neftçisi”  adlarına layiq görülmüşdür. Bəxtiyar Məmmədov ən yüksək olan “Lenin” ordeni, “Oktyabr inqilabı”, “Qırmızı əmək bayrağı” ordeni və başqa medallarla təltif edilmişdir. Bəxtiyar Məmmədov 4 çağırış Azərbaycan SRİ-nin və  1 çağırış SSRİ-nin Ali Sovetinin deputatı olmuşdur. O, 60-dan çox elmi məqalənin, onlarla  ixtiraya  və səmərələşditici təklifə görə patent almışdır. Onun bu sahədə yazdığı  elmi  məqalələr bu  gün də  neftmilərin stolüstü kitabıdı.   

Toplantı iştirakçılarına Bəxtiyar Məmmədovun həyat və fəaliyyətinə həsr edilmiş sənədli qısametrajlı film də təqdim edildi. Sonra Şəki ağsaqqallarından Lütvəli Əliyev, Fərahim  Qarayev, Töhrab Hüseynov, İbrahim  Məmmədov, “Əməkdar  jurnalist”, “ Şəki”  qəzetinin baş redaktoru Akif salam  və başqaları çıxış edərək onun Şəki ilə əlaqələrindən və bir çox şəxsiyyətlərlə dostluq münasibətlərindən danışdılar.

Bəxtiyar Məmmədovun ailəsi adından oğlu  Yaşar Məmmədov, qızları  İntizar və Yeganə videogörüntü vasitəsilə və yaxın qohumu Seyran Məmmədov. Həkim Gülnarə xanım toplantı iştirakçılarıan və tədbirin təşkilatçılarına öz təşəkkürlərini. Minnətdarlıqlarını bildirdilər. Tədbirdə neftçilərə həsr edilmiş mahnılar və şeirlər səsləndirildi.

                                                                                  Çingiz Nağıyev,

“Qızıl qələm” mükafatı laureatı

                                                                             Şəki

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Yanvar 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see193

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see168

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see146

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see136

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see134

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri