Icma.az
close
up
RU
Bəxtiyar ocağının “əlvan” qonaqları

Bəxtiyar ocağının “əlvan” qonaqları

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Tanınmış ədəbiyyatşünas-alim, akademik, “İstiqlal” ordenli Xalq şairi Bəxtiyar Vahabzadənin   100 illik yubileyi ərəfəsində onun Şəkidəki ev-muzeyində kitab, xalça və rəsm sərgisi açılıb. 

Sərgi Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2025-ci il tarixində şairin yubileyinin qeyd edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilən silsilə tədbirlər çərçivəsində, Mahmud Kaşqari adına Beynəlxalq Fondun, Şəki Diyarşünaslıq Muzeyinin, Şəki Rəsm Qalereyasının və Şəki Xan Sarayının birgə təşəbbüsü ilə təşkil olunub.     

Bəxtiyar ocağında yaradılmış ekspozisiyada şairin əsərləri əsasında çəkilmiş rəsmlər, ona həsr olunmuş portret xalçalar, bədii irsinə dair və özünün müəllifi olduğu kitablar toplanıb.   

Muzeyin direktoru Elşən Zəkəriyyəbəyli yubiley tədbirlərinin Bəxtiyar Vahabzadə ruhuna, yaradıcılığına yüksək ehtiramdan qaynaqlandığını söyləyib, şairin 12 cilddən ibarət “Seçilmiş əsərləri”nin nəşrini Mahmud Kaşqari adına Beynəlxalq Fondun layiqli töhfəsi kimi dəyərləndirib. Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavini Xəyalə Töhrablı Bəxtiyar Vahabzadənin yubileyinin ev-muzeyində belə təmtəraqla qeyd olunmasını təqdir edib, belə görüşlərin Şəki üçün qürur mənbəyi olduğunu vurğulayıb.

Beynəlxalq Fondun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib ki,   görkəmli şairə məhəbbətlə ərsəyə gələn hər şey yubiley ərəfəsində muzeyi ziyarət edən qonaqlarla bərabər, bütün Bəxtiyarsevərlərə qiymətli bir ərməğandır. “Bəxtiyar Vahabzadə, onun arzuları, poetik ideyaları təkcə Azərbaycana deyil, bütün Türk dünyasına məxsusdur. Təsadüfi deyil ki,  Ankaradakı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) bu ili “Bəxtiyar Vahabzadə İli” elan edib. Fərəhlidir ki, şairin əksər ideyaları, arzuları bu gün həyata keçib. Daha bir qismi də Türk dünyasının inteqrasiyası prosesində uğurla həyata keçməkdədir”.  

Görüşdə Bəxtiyar Vahabzadənin həyat yolundan və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Sərgi Xalq şairinin ata yurdunda avqustun sonunadək davam edəcək.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Şəki

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Avqust 2025 06:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see416

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see347

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see343

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see312

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see303

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see301

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see300

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see293

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see274

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see273

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see263

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see259

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see254

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see250

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see245

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see243

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri