Icma.az
close
up
RU
“Bəxtiyar Vahabzadə və Azərbaycanda milli istiqlal təfəkkürünün formalaşması” dəyirmi masa

“Bəxtiyar Vahabzadə və Azərbaycanda milli istiqlal təfəkkürünün formalaşması” dəyirmi masa

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 23 aprel, AZƏRTAC

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Bəxtiyar Vahabzadə və Azərbaycanda milli istiqlal təfəkkürünün formalaşması” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə Bəxtiyar Vahabzadənin yaradıcılığının fəlsəfi məzmununu təhlil edərək şairin dövrünün görkəmli yaradıcı şəxsiyyətlərindən biri olduğunu, eləcə də bir çox filosofların onun şeirlərinə olan vurğunluğunu qeyd edib.

İnstitutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli çıxışında Prezident İlham Əliyevin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyi haqqında” Sərəncamının bu böyük mütəfəkkirin yaradıcılığını bir daha tədqiq etmək üçün yeni imkanlar yaratdığını, Bəxtiyar Vahabzadənin fəlsəfi dünyamızın inkişafında şifahi və yazılı xalq ədəbiyyatımızın misilsiz rolu olduğunu bildirib. Qeyd edib ki, Bəxtiyar Vahabzadə XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi görkəmli mütəfəkkirlərdən biridir. Şair Azərbaycan dilinin keşiyində durub, onu yorulmadan təbliğ edib və böyük bir ədəbi irsi bizə yadigar qoyub.

Elmi işçi Hafizə İmanova “Ömür” şeirini, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ceyran Hüseynli “Gülüstan” poemasından bir hissəni səsləndiriblər.

Tədbirdə professorlar Tahirə Məmməd, Əlizadə Əsgərli, Adil Əsədov, Habil Qurbanov, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov və başqaları çıxış edərək vurğulayıblar ki, Bəxtiyar Vahabzadə Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən dərin poetik-fəlsəfi düşüncələrlə mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılayıb. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynayıb, ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri