Icma.az
close
up
RU
Bəyanat həm də dünyəvi siyasətin konturları haqqında bilgi kimi dinlənildi

Bəyanat həm də dünyəvi siyasətin konturları haqqında bilgi kimi dinlənildi

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Azərbaycan dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə ikitərəfli əlaqələri ərazi bütövlüyü tam bərpa olunduqdan sonra daha da genişləndirdi. Bu proses siyasi müstəvidə yaranıb, müxtəlif istiqamətlərdə uğurla davam etdirilir. Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə də belə əlaqələri bəşəri dövlətçilik şərti bilir.
Cənub-Şərqi Asiya dövləti olan Kamboca da dünyanın inkişaf etmiş dövlətlərindən biri kimi Azərbaycanla siyasi əlaqələr formatında müxtəlif istiqamətlərdə münasibətlər qurub. Bu günlərdə Kambocanın Baş naziri Nun Manetin Azərbaycana səfəri də bu niyyətin təzahürüdür. Bu səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini, dövlətlərin bir-birini dəstəklədiyini xatırladaraq qeyd etdi ki, ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi də müəyyənləşdirməliyik: “Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur. Yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq. Ümid edirəm ki, bu gün Azərbaycanın və Kambocanın çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu bir-birimizi, mövcud imkanları, iqtisadi və investisiya prioritetlərimizi daha yaxından tanımağa, sıx iqtisadi əməkdaşlığın qurulması yollarını müəyyənləşdirməyə kömək edəcək”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev zaman anlamında o qədər də keçmişdə qalmayan dövrü – Sovet İttifaqı dövrünü də yada saldı. Rejimi deyil, o rejimin daxilində Azərbaycanı! Azərbaycan o illərdə yüzlərlə Kambocalı gəncin ali təhsil almasının cəfakeşi olmuşdu. Müasir Azərbaycanın o illərdə Azərbaycanda ali təhsil almış Kambocalı mütəxəssislərin söhbətləri ilə gəncləşmiş Kambocalı yeniyetmələr üçün də sevgilərlə xatırlanan bir dövlət olduğuna kimsə şübhə edə bilməz. Dövlət başçımız bu haqda inamla bildirdi: “Hesab edirik ki, bu ənənəni bərpa etməli və hər iki ölkədə qarşılıqlı təhsil imkanları yaratmalıyıq. Bu, həm də xalqlarımız arasında təmasların daha da genişlənməsinə kömək edəcək...”.
Azərbaycanda son illərdə yaradılan bir xidmət sahəsi – “ASAN xidmət” – vətəndaşların istər vaxtına qənaət baxımından, istərsə də əlavə psixoloji gərginlik yaranmaması baxımından olduqca təqdirəlayiq yenilik kimi tarixləşdi. Bu xidmət sərhədlərimizdən kənarda da təqdir edilməkdədir. Kamboca da “ASAN xidmət”ə maraq göstərir. Dövlət başçımız qürurla dedi: “...məmnunuq ki, öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış “ASAN” dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur. Bu sistem artıq Azərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir. Əminəm ki, bu da ikitərəfli münasibətlərimizə yaxşı töhfə verə bilər”.
Bəyanatında hər iki ölkənin parlamentlərarası qrupunun fəaliyyət göstərdiyini də, Azərbaycan parlamentinin Kambocanın dəstəyi ilə ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etdiyini də xatırladan dövlət başçımız Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri zamanı hər iki ölkə üçün ümumi problem olan mina məsələsinin müzakirə edildiyini də bildirdi.
Sülh və təhlükəsizliyin beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalı olduğunu da xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Digər məsələ sülh və təhlükəsizlikdir. Hər iki ölkə sülhü və təhlükəsizliyi inkişafın əsas şərti hesab edir. Sülh və təhlükəsizlik beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa etmişdir. İndi Azərbaycan torpaqlarının hər qarışı Azərbaycan dövlətinin və xalqının nəzarəti altındadır. Hazırda erməni işğalçı qüvvələrindən təmizlənmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır və “Böyük Qayıdış” Proqramı həyata keçirilir. Artıq ərazilərdə 100 minə yaxın insan yaşayır və çalışır. Bu proses davam edir. Beləliklə, biz keçmişdə də, hazırda da müəyyən mənada oxşar çağırışlarla üzləşmişik. Bununla yanaşı, beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına qəti sadiqlik də bizi birləşdirən amillərdəndir”.
Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuata verdiyi bəyanat təkcə Azərbaycan gerçəkliklərinin ifadəsi olmadı, həm də dünyəvi siyasətin konturları haqqında bilgi kimi dinlənildi...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Oktyabr 2026 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri