Icma.az
close
up
RU
Beyində toplanan mikroplastiklərin mənbəyi məlum oldu

Beyində toplanan mikroplastiklərin mənbəyi məlum oldu

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni araşdırma beyində mikroplastiklərin toplanmasına təsir edən əsas amillərdən birinin həddindən artıq emal olunmuş qidalar olduğunu ortaya qoyub.
Demokrat.az xəbər verir ki, son illərdə səhiyyə sahəsində ən çox narahatlıq doğuran məsələlərdən biri olan mikroplastiklərlə bağlı aparılan yeni araşdırma bu təhlükəli hissəciklərin beynimizə necə çatdığını müəyyən edib.
"BrainHealth" jurnalında dərc olunan tədqiqat göstərir ki, beyində plastik hissəciklərinin toplanmasının əsas səbəblərindən biri həddindən artıq emal olunmuş qidalardır.
Əvvəlki araşdırmalar beyində digər orqanlarla müqayisədə təxminən 30 dəfə daha çox mikroplastik olduğunu göstərmişdi. Demensiya xəstələrində isə bu göstəricinin daha yüksək olduğu bildirilmişdi.
Yeni araşdırmada alimlər mikroplastik və nanoplastiklərin gündəlik qidalanma vərdişləri ilə əlaqəsini araşdırıblar.
Bu çərçivədə hazır qablaşdırılmış məhsullar, şəkərli içkilər, səhər yeməyi üçün nəzərdə tutulan taxıl məhsulları və istifadəyə hazır qidalar “həddindən artıq emal olunmuş qidalar” kateqoriyasına daxil edilib. Bildirilib ki, bu məhsullar adətən yüksək miqdarda şəkər, doymuş yağ və duz ehtiva edir, lakin vitamin və lif baxımından kasaddır.
Alimlər hesab edir ki, mikroplastiklərin beyində digər orqanlara nisbətən daha çox toplanmasının səbəbi onların son dərəcə kiçik ölçülərdə olmasıdır.
Tədqiqatçılara görə, həddindən artıq emal olunmuş qidalar istehsaldan qablaşdırmaya, saxlanmadan qızdırılmaya qədər davamlı şəkildə plastiklə təmasda olur. Buna görə də mikroplastiklərin orqanizmə daxil olmasını ən asan şəkildə təmin edən vasitələrdən biri məhz bu qidalardır.
Alimlər həmçinin beynin yüksək yağ tərkibinin mikroplastiklərin burada toplanmasını asanlaşdıra biləcəyini bildiriblər.
Araşdırmada həddindən artıq emal olunmuş qidaların daha əvvəl müəyyən edilmiş sağlamlıq risklərinə də toxunulub. Bu qidaların intensiv istehlakının depressiya riskini 44 faiz, təşviş (anksiyete) riskini isə 48 faiz artırdığı qeyd olunub.
Bundan əlavə, həddindən artıq emal olunmuş qidaların demensiya, 2-ci tip diabet, ürək-damar xəstəlikləri və piylənmə kimi problemlərlə də əlaqəli olduğu vurğulanıb.
İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 May 2026 07:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri