Icma.az
close
up
RU
Beyinin fəaliyyətini yaxşılaşdıran qidalar

Beyinin fəaliyyətini yaxşılaşdıran qidalar

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Araşdırmalar sübut edir ki, bəzi qidaların daim qəbulu insanın əqli fəaliyyətini və yaddaşını yaxşılaşdırır, streslə mübarizədə kömək edir, əhval-ruhiyyəsini yaxşılaşdırır.

Umumillikdə bu qidaların qəbulu beyini sağlam vəziyyətdə saxlamağa kömək edir.

Beləliklə, bizim beynimiz bu məhsulları "xoşlayır":

- Balıq və digər dəniz məhsulları (krevet, istridiyə və s.) beyin üçün olduqca xeyirlidir. Bu qidaların tərkibində olan əvəzedilməz omeqa 3 yağlı turşular beyinin fəaliyyəti üçün "hava kimi" lazımdır.

- Giləmeyvələrin bir çox hissəsi "antioksidant" adlandırılan maddələrlə zəngindir.  Bu maddələr sərbəst radikallarla mübarizə aparır. Sərbəst radikallar insan orqanizminin hüceyrələrini zədələyən atomlar toplusudur. Həkimlər məhz onları xərçəngin inkişafında, ürək-damar sistemi xəstəliklərində, qocalıq ağıl zəifliyində "günahlandırır".

- Qoz-fındıq beyin üçün çox xeyirlidir. Bu məhsulların arasında beyin üçün ən faydalı olan qozdur.

Qoz-fındıq dedikdə biz həmçinin araxis, keşyu, badam və s. nəzərdə tuturuq. Onlar da omeqa 3 və omeqa 6 yağlı turşularla zəngindir. Bundan əlavə onlar B6 və E vitaminlərinin zəngin mənbəyidir. Qoz-fındıq beyinin fəaliyyətini yaxşılaşdırır, insanın əhval-ruhiyyəsini qaldırır, depressiyadan çıxmağa kömək edir. Bu səbəbdən həkimlər əqli fəaliyyəti ilə məşğul olanlara, məktəbdə oxuyan uşaqlara və tələbələrə bu məhsulları hər gün qəbul etməyini tövsiyə edirlər (gün ərzində bir ovuc qoz-fındıq kifayətdir).

- Günabaxan, kətan, küncüt, balqabaq tumları yaddaşı möhkəmləndirir, beyinin fəaliyyətini yaxşılaşdırır.

- Müxtəlif dənli bitkilər fol turşusu və B qrupu vitaminləri ilə zəngindir ki, insanın yaddaşını və umumillikdə insanın zehnini yaxşılaşdırır. Dənli bitkilərin arasında beyin üçün ən xeyirli olanlar bunlardır - yulaf yarması, arpa yarması, qəhvəyi düyü və s.

- Tünd şokolad beyinin əsas "dostlardan" biri sayılır. Bu növ şokolad antioksidantlarla zəngindir. Şokolad insanın diqqətini va yaddaşını yaxşılaşdırır, beyini qan təchizatına müsbət təsir edir.

- Yumurta zülal və A, D, E, B qrupu vitaminlərlə, lesitinlə zəngindir. Bu maddələr beyində yaşla əlaqəli olan dəyişikliklərlə mübarizə aparır.

- İspanaq, kahı, brokkoli kələmi, avokado, sarımsaq, kök, pomidor, üzüm da beyinin funksiyalarına çox müsbət təsir edir.

- Ekzotik karri ədviyyatı antioksidantlarla zəngindir ki, beyinin qocalması ilə mübarizə aparır.

- Qəhvə də beyinin fəaliyyətini yaxşılaşdırır və stimullaşdırır. Qəhvənın gündəlik qəbulu (təbii ki, az miqdarlarda - 1-2 fincan gün ərzində) Alsqeymer xəstəliyi kimi ağır xəstəliyin profilaktikasıdır. Alsqeymer xəstəliyi adətən yaşlı insanlarda inkişaf edir. Bu xəstəlik zamanı beyinin hüceyrələri kütləvi şəkildə məhv olur ki, nəticədə ağıl zəifliyi inkişaf edir.

- Yaşıl çay xüsusi maddələr "katexinlər" (beyini tonuslaşdırır) və antioksidantlarla zəngindir. Gün ərzində 2-3 yaşıl çay fincanı qəbul edə bilərsiniz.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 01:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri