Icma.az
close
up
RU
Bəylər Eyyubovun vəzifədən getməsi… Sabiq nazir hər şeyi açdı KONKRET

Bəylər Eyyubovun vəzifədən getməsi… Sabiq nazir hər şeyi açdı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Son günlərdə ölkə gündəmində önəmli kadr dəyişiklikləri baş verib. İyunun 30-da Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) rəisi general–polkovnik Bəylər Eyyubovun vəzifəsindən azad edilərək, Prezident Katibliyinin rəisi təyin olunması geniş rezonans doğurub.

Bu dəyişiklik müxtəlif müzakirələrə səbəb olub və ölkə siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

KONKRET.az xəbər verir ki, globalinfo.az məsələ ilə bağlı B.Eyyubova yaxın olan sabiq təhsil naziri Misir Mərdanovla əlaqə saxlayıb.

O, Bəylər Eyyubovun yeni vəzifəsinin öhdəsindən gələcəyinə şübhə etmədiyini qeyd edib.

Sabiq nazir Bəylər Eyyubovla yaxın olduğunu bildirib:

“Bəylər Eyyubovu çoxdan tanıyıram. Etiraf edim ki, tək özünü yox, qohumlarını, qardaşlarını, övladlarını da yaxından tanıyıram. Uzun illər Ulu öndər Heydər Əliyevə xidmət etmiş, ona və ailəsinə sadiq bir adamdır. Bəylər Eyyubov evini, ailəsini, hər kəsi bir yana qoyub, Ulu öndəri bir yana. Daima onu qoruyub, onu qoruyanlara rəhbərlik edib. Ölkə başçımız bütün bunları bilir. Qeyd edim ki, bu ailə –  Heydər Əliyevin ailəsi çox qədirbilən ailədir. Kimsə bu ailə üçün hər hansı bir addım atıbsa, onun qədri həmişə bilinib və dəyərləndirilib”.

Misir Mərdanov Bəylər Eyyubova Prezident tərəfindən dəyər verildiyi üçün bu vəzifəyə təyin olunduğunu deyib:

“Heydər Əliyevdən sonra İlham Əliyev özü də 20 ildən çoxdur ki, Bəylər Eyyubovla bir yerdə işləyir. Hamı bilir ki, Prezidentin mühafizəsinin keşiyində duran şəxs Bəylər Eyyubov olub. Zamanı yetişəndə hamı gördü və bildi ki, onu növbəti dəfə də layiqli vəzifəyə təyin etdi”.

Sabiq nazirin sözlərinə görə, bundan sonra da Bəylər Eyyubov ölkə başçısının yanında olacaq:

“O yenə də İlham Əliyevin ətrafında öz işini davam etdirəcək. Allaha Bəylər Eyyubova uzun ömür versin. Onu təbrik edirəm, yeni işində uğurlar diləyirəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 İyul 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri