Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı: Orta Dəhliz Çindən Amerikanın şərq sahillərinə ən qısa yoldur AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 16 yanvar, AZƏRTAC
Biz təhlillər apardıq və qənaətə gəldik ki, Çindən Avropaya ən qısa və ən ucuz yol Orta Dəhlizdir.
AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin 10-cu iclasında Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Baş katibi Unberto de Pretto deyib.
O bildirib ki, Orta Dəhliz Çindən Avropaya, oradan Amerikanın şərq sahillərinə də ən qısa yoldur.
Onun sözlərinə görə, Orta Dəhlizin qlobal ticarət üçün əhəmiyyəti olduqca böyükdür: “Orta Dəhlizin ərsəyə gətirilməsi istiqamətində işləmək bizim üçün çox vacib məsələdir. Son 2 il ərzində iştirak etdiyim bütün tədbirlərdə biz Orta Dəhlizdən danışmışıq”.
Baxış sayı:117
Bu xəbər 16 Yanvar 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















