Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 7 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) beynəlxalq təbiəti mühafizə təşkilatı DEFEND-in nümayəndələri Mark Hiley və Regan Hall ilə tələbələrin görüşü keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən 280 tələbə iştirak edib. Qonaqlar Afrikada milli parkların idarə olunması, vəhşi təbiətin qorunması, brakonyerliyə qarşı mübarizə və təbiəti mühafizə sahəsində uzun illər ərzində qazandıqları praktiki təcrübəni gənclərlə bölüşüblər.
Görüş zamanı tələbələr vəhşi təbiətin qorunması sahəsində real nümunələrlə tanış olub, onları maraqlandıran sualları Mark Hiley və Regan Halla ünvanlamaq imkanı əldə ediblər.
Görüş gənclərin biomüxtəlifliyin qorunması və təbiətə məsuliyyətli münasibət mövzularında məlumatlılığının artırılmasına xidmət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 07 Oktyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















