Icma.az
close
up
RU
Beynəlxalq Əmanət Günü: Əmanətlərin qorunması sabit maliyyə sisteminin əsası

Beynəlxalq Əmanət Günü: Əmanətlərin qorunması sabit maliyyə sisteminin əsası

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

31 oktyabr dünyada “Beynəlxalq Əmanət Günü” kimi qeyd olunur. Bu günün əsası 1924-cü ildə İtaliyanın Milan şəhərində keçirilmiş Beynəlxalq Əmanət Bankları Konqresində qoyulub. Məqsəd – cəmiyyətdə qənaət mədəniyyətini formalaşdırmaq, vətəndaşları gələcəyi düşünərək yığım vərdişlərinə təşviq etmək və maliyyə sisteminə inamı möhkəmləndirmək olmuşdur. Əmanət Günü daha sonra Birləşmiş Millətlər Təşkilatı tərəfindən də tanınaraq rəsmi status almış, hazırda da iqtisadi sabitliyin və sosial rifahın təməl dəyərlərini xatırladan gün kimi qəbul və qeyd olunur.

Müasir dünyada əmanətlərin sığortalanması mexanizmi maliyyə təhlükəsizliyinin mühüm dayağı sayılır. Əmanətlərin sığortalanması sistemi vətəndaşların vəsaitlərini risklərdən müdafiə etməklə yanaşı, bank sektoruna inamı artırır, dayanıqlı iqtisadi inkişafın əsasını qoyur. Beynəlxalq təcrübə göstərir ki, əmanətlərin sığortalandığı ölkələrdə maliyyə sisteminə etimad, investisiya fəallığı və yığım meyilləri daha yüksək olur.

Azərbaycanda bu istiqamətdə mühüm addım 2006-cı ildə “Əmanətlərin sığortalanması haqqında” Qanunun qəbul edilməsi ilə atılmışdır. Qanun vətəndaşların əmanətlərinin sığortalanması mexanizminin hüquqi əsaslarını təsbit etmiş, əmanət vəsaitlərinin təhlükəsizliyini təmin edən institusional baza formalaşdırmışdır. Bunun nəticəsində ölkəmizdə əmanətçilərin hüquqlarının müdafiəsi, bank sektorunda şəffaflıq və məsuliyyət prinsipləri daha da güclənmişdir.

Həmin qanuna əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bu sistemin səmərəli fəaliyyətinə təminat verir. Fondun əsas missiyası banklarda sığorta hadisəsi baş verdiyi halda əmanətçilərə kompensasiyaların qanunla müəyyənləşdirilmiş müddət ərzində ödənilməsidir. Bununla yanaşı, ƏSF maliyyə sabitliyinin qorunmasında, bank sisteminin etibarlılığının və dayanıqlığının artırılmasında mühüm rol oynayır.

Son illərdə Fond öz fəaliyyətini beynəlxalq təcrübəyə və rəqəmsal innovasiyalara uyğun şəkildə modernləşdirməkdədir. Kompensasiyaların mümkün ən qısa müddət ərzində ödənilməsinin, proseslərdə şəffaflığın və avtomatlaşdırılmanın təmin olunması, məlumat mübadiləsinin rəqəmsal sistemlərə inteqrasiyası, eləcə də maliyyə savadlılığının artırılması layihələri ƏSF-nin fəaliyyətində keyfiyyətcə yeni mərhələ təşkil etmişdir. Bu tədbirlər əmanətçilərin məmnunluğunu artırmaqla ölkədə bank sisteminə olan etimadı daha da möhkəmləndirməkdədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://apa.az
archiveBu xəbər 31 Oktyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see250

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see223

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see220

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see217

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see208

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see201

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see195

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see168

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see152

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see150

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see150

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see148

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri