Icma.az
close
up
RU
Beynəlxalq Əmək Konfransının sessiyası çərçivəsində ikitərəfli görüşlər keçirilib

Beynəlxalq Əmək Konfransının sessiyası çərçivəsində ikitərəfli görüşlər keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 4 iyun, AZƏRTAC

Beynəlxalq Əmək Təşkilatının (BƏT) İsveçrənin Cenevrə şəhərində keçirilən Beynəlxalq Əmək Konfransının 113-cü sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev sessiya çərçivəsində BƏT-in Baş direktoru Jilber Hunqbo ilə görüşüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, BƏT ilə Azərbaycan arasında əməkdaşlığın daim genişləndiyini, təşkilatın Baş direktorunun cari ilin aprel ayında Bakıya səfərinin bu əlaqələrin inkişafında əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycanın ötən dövrdə BƏT-in 59 Konvensiyasına qoşulduğu qeyd olunub.

Bildirilib ki, hazırda ölkəmiz tərəfindən BƏT-in daha üç Konvensiyasının ratifikasiyası imkanları qiymətləndirilir. Azərbaycanla BƏT arasında iki Layiqli Əmək üzrə Ölkə Proqramı uğurla icra olunub və növbəti Ölkə Proqramının imzalanması nəzərdə tutulur.

İslam Əməkdaşlıq Təşkilatının Bakıda yerləşən Əmək Mərkəzi ilə BƏT arasında sıx əməkdaşlığın əhəmiyyəti, işğaldan azad edilmiş ərazilərdə layiqli məskunlaşma, məşğulluq və iqtisadi fəallığın təmin olunması üçün aparılan işlər diqqətə çatdırılıb.

Jilber Hunqbo Azərbaycanın BƏT-lə fəal əməkdaşlığından məmnunluğunu, bu ilin aprel ayında ölkəmizə etdiyi səfərlə bağlı xoş təəssüratlarını qeyd edib.

BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Beate Andres ilə də görüş olub. Hər iki görüşdə Azərbaycanla həmin təşkilat arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Sessiya çərçivəsində Anar Əliyevlə Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanın da görüşü olub. Azərbaycan və Türkiyənin dövlət başçılarının birgə səyləri ilə iki qardaş ölkənin dostluq və qardaşlığa əsaslanan münasibətlərinin daim inkişaf edərək müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb.

Görüş zamanı müvafiq fəaliyyət sahələrində aparılan islahatlardan və əməkdaşlıq gündəliyi üzrə görülən işlərdən bəhs olunub. BƏT-in müvafiq konvensiyalarının ratifikasiyası, təşkilat çərçivəsində əməkdaşlıq məsələlərinə, əmək və sosial müdafiə sahəsində əlaqələrin gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see280

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see234

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see204

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see183

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see175

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see164

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see146

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see146

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see143

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri