Icma.az
close
up
RU
Beynəlxalq güclərin Azərbaycan DƏRDİ: “Bulanıq suda balıq tutmaq” iddiasında olanlar…”

Beynəlxalq güclərin Azərbaycan DƏRDİ: “Bulanıq suda balıq tutmaq” iddiasında olanlar…”

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan gücləndikcə, müstəqil siyasət yürütdükcə, dostları ilə yanaşı, bu inkişafa xor baxanlar da artır”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanda planlanan və peşəkarcasına qarşısı alınan terrorun pərdəarxası amillərindən və məqsədindən danışan Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycana qarşı aparılan ədalətsiz hücum kampaniyaları sırasında terror fəaliyyəti də var:

“Regionda həyata keçirilən beynəlxalq layihələrdə öz yerini tutmağa çalışan dövlət və təşkilatların müraciət etdiyi metod qeyri-stabillikdir. Məhz bu yolla “bulanıq suda balıq tutmaq” iddiasında olanlar Azərbaycanda istər etniklərarası, istərsə də dinlərarası qarşıdurmanın alovlanmasında maraqlıdırlar. Amma unudurlar ki, bunun baş verməsi mümkün deyil, çünki Azərbaycanda tolerantlıq, multikulturalizm dəyərləri başqa ölkələrə nümunədir. Əsasən də dini və etnik münasibətlər yüksək səviyyədədir, qarşıdurma üçün heç bir səbəb yoxdur”.

Millət vəkilinin fikrincə, Azərbaycan Cənubi Qafqazda sülh və ədalətin bərpa olunmasını istəyir:

“Amma Qərbin bəzi dairələri Azərbaycanın qazandığı qələbələri həzm edə bilmirlər. Bir tərəfdən, məğlub Ermənistanı silahlandırmağa, digər tərəfdən yeni müharibəyə cəlb etməklə balans yaratmağa, dolayısı ilə özlərinin təsir dairələrini genişləndirmək istəyirlər. Terror təşkilatlarını yaradanlar, onu maliyyələşdirənlər, hər cür silahla təchiz edənlər onlardan harada istifadə edəcəkləri ssenarisinə də sahibdirlər. Azərbaycan gücləndikcə, müstəqil siyasət yürütdükcə dostları ilə yanaşı, bu inkişafa xor baxanlar da artır”.

“Avropa strukturları bütün planlarını Ermənistan üzərindən qurmaqla işğalçı ölkənin terrorçu məharətindən, onun terrorçu qruplarından yararlanırlar. Azərbaycanın şimal bölgəsində baş verən hadisələrdə xarici izləri aydın görmək olar. Onların fəaliyyət planı erməni terror təşkilatlarınkı ilə eynilik təşkil edir. Azərbaycan terrora qarşı mübarizədə çox ciddi mövqe tutub, beynəlxalq alyansın çox məsuliyyəti və vicdanlı üzvüdür. Azərbaycan terrora məruz qalan ölkə kimi terrora qarşı bütün mübarizələrin önündə edir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 03 Fevral 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri