Beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsi genişləndirilir
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 14 sentyabr, AZƏRTAC
Qarabağ Universiteti daxil olmaqla ali məktəblərdə beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsi genişləndirilir
AZƏRTAC xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib. Nazir bildirib ki, ölkənin aparıcı ali təhsil müəssisələrində dünyanın nüfuzlu universitetləri ilə birgə ikili diplom proqramları uğurla icra olunur.
Qeyd edilib ki, Bakı Mühəndislik Universiteti Cənubi Koreyanın İNHA Universiteti ilə bakalavriat səviyyəsində kompüter elmləri, data analitikası, elektrik və elektronika mühəndisliyi, IT ixtisasları üzrə 104 yer, Azərbaycan Dövlət Aqrar Universiteti Türkiyənin Ege Universiteti ilə aqromühəndislik, aqronomluq, bağçılıq, bitki mühafizəsi, torpaqşünaslıq və zoomühəndislik üzrə 180 yer ayırıb.
Diqqətə çatdırılıb ki, proqrama yeni qoşulan Qarabağ Universiteti Türkiyənin İstanbul Texniki Universiteti ilə bakalavriat səviyyəsində elektrik və elektronika, inşaat və kimya mühəndisliyi ixtisasları üzrə 100 yerlik ikili diplom proqramı həyata keçirir.
Magistratura səviyyəsində isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Böyük Britaniyanın Vorvik Universiteti ilə energetika mühəndisliyi (bərpaolunan enerji) üzrə 20 yer, Azərbaycan Dövlət Pedaqoji Universiteti ABŞ-nin Corc Vaşinqton Universiteti ilə menecment (təhsil menecmenti) üzrə 30 yer, ADA Universiteti isə Corc Vaşinqton Universiteti ilə kompüter elmləri, data elmləri və energetika mühəndisliyi ixtisasları üzrə 75 yer təqdim edir.
Müxbir - Nərmin Muradzadə
Fotoqraf - Azər İbrahimov
Videooperator - Şövqi Əzizov
Baxış sayı:119
Bu xəbər 14 Sentyabr 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















