Icma.az
close
up
RU
Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru: İnsanlar münaqişədən daha çox iqlim səbəbindən köçməyə məcbur olur MÜSAHİBƏ

Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru: İnsanlar münaqişədən daha çox iqlim səbəbindən köçməyə məcbur olur MÜSAHİBƏ

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Emi Poupun APA-ya müsahibəsi

- İqlim dəyişiklikləri miqrasiya probleminə necə göstərir?

- Biz bu gün evlərini, iş yerlərini itirən insanların iqlim dəyişikliyi nəticəsində köçmək məcburiyyətində qaldığını görürük. Beləliklə, insanlar münaqişədən daha çox iqlim səbəbindən köçməyə məcbur olurlar. Biz bilirik ki, bir çox insan son dərəcə həssas icmalarda yaşadığı üçün bu problem böyüməyə davam edəcək. Bizim Bakıda COP29-a qoşulmaqda məqsədimiz hökumətlərin icmaları necə dəstəkləyəcəyini qabaqcadan düşündüyünə əmin olmaqdır.

- Dünyada qlobal istiləşmə ilə bağlı məsələ məlumdur. Təbii fəlakətlər özü ilə bərabər miqrasiya axını yaradır. İqlim problemlərinin həlli üçün sizin təşkilat hansı addımları atır?

- Biz ilk növbədə icmalarla işləməyə başlayırıq. Artıq çox həssas şəraitdə yaşayan icmalarla birbaşa işləyirik. Biz onlara gələcək təhlükələrə uyğunlaşmaqda kömək edirik. Bəzi hallarda bu daha möhkəm mənzil tikmək deməkdir. Bəzi hallarda bu öz torpaqlarını əkmək üçün başqa yollar tapmaq deməkdir. Digər hallarda bu yeni bacarıqların inkişaf etdirilməsi deməkdir. Çünki onların indi istifadə etdikləri bacarıqlar bir müddət sonra artıq aktual olmayacaq.

- Miqrant axınının səbəbləri arasında iqlim dəyişikliyinin təsiri hansı səviyyədədir?

- Biz iqlimin təsirinə məruz qalmış icmalara da cavab veririk. Təbii fəlakət baş verən zaman biz icmalara gigiyena dəstlərinə və ya həyatı davam etdirməyin digər əsas üsullarına sığınacaq tapmaqda kömək etmək üçün həyat xilasedici dəstəyi təmin etmək üçün tez-tez oradayıq.

- COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin problemi qaldırılır. Təbii fəlakət olarsa, Beynəlxalq Miqrasiya Təşkilatının həmin ölkələrlə bağlı planı varmı?

- Biz bir çox kiçik ada dövlətləri ilə çox sıx əməkdaşlıq edirik. Məsələn, Sakit okean adalarında biz 10 ölkədəyik. Biz Karib dənizi və Hind okeanı adalarında da işləyirik. Və onlarla işləməyin bir neçə yolu var. Bir nömrəli məsələ odur ki, təbii fəlakət baş verərsə, biz orada həyat xilasedici dəstək göstərəcəyik. İndi məsələ ondadır ki bunu etmək resursların olmasından asılıdır. Deməli bizim imkanlarımız var, lakin dəhşətli bir şey baş verərsə, Papua Yeni Qvineyada baş vermiş sel sürüşmələri kimi, biz bu işə dəstək vermək üçün donorlara güvənirik.

- COP29-da maliyyə ilə bağlı məsələdə konsensusun əldə ediləcəyinə inanırsınızmı?

- Dəstəklədiyimiz insanların çoxu son dərəcə həssas vəziyyətdədir. Onların bir çoxu çox həssas vəziyyətdə yaşayır. Onların bir çoxunun çox az resursu və çox az dayanıqlılığı var. Ona görə də maliyyələşdirmə çox vacibdir. Çünki maliyyə, məsələn, sığınacaqların yenidən qurulması və ya infrastrukturun yaradılması və ya iqlimə uyğunlaşmağın digər yollarının yaradılması üçün vacibdir. Vacib olan puldur. Maliyyə olmadan, pul olmadan həqiqətən nəticə əldə etmək mümkün deyil. Bildiyiniz kimi, ən çox təsirlənən icmalar problemin yaranmasına görə ən az məsuliyyət daşıyanlardır. Ona görə də onların təhlükələrə cavab vermək üçün vəsaitinin olmasını təmin etmək tamamilə vacibdir. Bunu COP29-da görəcəyimizə ümid edirik.

Firuzə Vahid

Zülfiyyə Orucəliyeva

Foto: İlkin Nəbiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Noyabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri