Icma.az
close
up
RU
Beynəlxalq Mülki Aviasiya təşkilatı Rusiyanı cəzalandıracaq? Bu məlumatı verdikdən sonra...

Beynəlxalq Mülki Aviasiya təşkilatı Rusiyanı cəzalandıracaq? Bu məlumatı verdikdən sonra...

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması bir sıra vacib məsələləri önə çıxarıb. Belə ki, qəzadan sonra təyyarənin Rusiya Hava Hücumundan Müdafiə raketi ilə vurulduğu iddiası var. Buna görə Rusiya ittiham olunur.

Hazırda Azərbaycan ictimaiyyəti tələb edir ki, Rusiya rəsmi şəkildə Azərbaycan üzr istəsin və kompensasiya ödəsin.

Başqa bir məqam odur ki, Beynəlxalq Mülki Aviasiya təşkilatı Rusiyanı təyyarəmizə qarşı yol verdiyi antihumanist qərara və hüquqdan kənar addıma görə cəzalandıracaqmı? Hazırda ortada olan dəlillər bunu deməyə əsas verirmi?

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, indiyə kimi qəzaya görə heç bir ölkəyə qarşı tədbir görülməyib.

Onun sözlərinə görə, adıçəkilən təşkilat bu kimi məsələlərə baxmır:

“Hələ görməmişəm ki, Beynəlxalq Mülki Aviasiya təşkilat hansısa dövlətə qarşı nəsə bir tədbir görsün. Bu, daha çox dövlətlərarası məsələdir. Bildiyim qədər Beynəlxalq Mülki Aviasiya təşkilatı belə məsələlərə baxmır. Məsələn, 2014-cü ildə Ukrayna ərazisində Malaziyanın təyyarəsi vurulmuşdu. Amma buna görə kiməsə qarşı tədbir görülmədi”.

Hüquqşünas hələlik təyyarəmizi birbaşa kimin vurduğunu demədiyimizi qeyd edib:

“Bəli, dünən rəsmi qaydada səsləndirilib ki, təyyarəyə kənardan texniki, fiziki təsir olub. Amma Rusiyanı birbaşa ittiham etməmişik. Əgər Moskva bunu etiraf etməsə və biz artıq açıq ad çəksək, beynəlxalq məhkəmələrə müraciət edə bilərik.. Eyham vurmuşuq, lakin sırf rusların vurduğunu demirik”.

Əkrəm Həsənov

Qeyd edək ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı və ya qısaca ICAO — BMT-nin agentliyi, qərargahı Kanadada yerləşir.

Təşkilat 1947-ci ilin aprel ayında formalaşıb. 193 üzvü var, rəsmi dilləri ingilis, ərəb, çin, fransız, ispan və rus dilləridir.

ICAO-nun məqsədi bütün dünyada aviasiyanın təhlükəsiz, nizamlı inkişafını və mülki aviasiyanın, o cümlədən beynəlxalq daşımaların digər aspektlərini təmin etməkdir.

ICAO-nun qaydalarına uyğun olaraq beynəlxalq hava məkanı uçuş informasiyasının rayonlarına və hava hərəkətinə nəzarət vasitələrinin imkanları nəzərə alınmaqla sərhədləri müəyyən edilən hava məkanına bölünüb.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Dekabr 2024 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri