Icma.az
close
up
RU
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Zəngəzur dəhlizi ilə bağlı hesabat hazırlayıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Zəngəzur dəhlizi ilə bağlı hesabat hazırlayıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 4 fevral, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) “TRIPP-Zəngəzur dəhlizi: Ticarət, tranzit və regional inkişaf üçün strateji əlaqə” sərlövhəli yeni hesabat hazırlayıb.

Bu barədə AZƏRTAC-a BMTM-dən məlumat verilib.

Bildirilib ki, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin elmi rəhbəri olduğu hesabat həmin qurumun mütəxəssisləri və ADA Universitetinin tələbələri ilə birgə hazırlanıb. Ekspert müsahibələri, sənədlərin təhlili və elmi-akademik mənbələrə əsaslanmaqla hazırlanan tədqiqatda Zəngəzur dəhlizinin bağlantılar, iqtisadi əlaqələr və Cənubi Qafqazdakı güc balansına təsirləri araşdırılır.

Tədqiqat üç əsas suala cavab verir. Birincisi, TRIPP-in iştirakçı ölkələr və daha geniş mənada Orta Dəhliz üçün iqtisadi əhəmiyyəti nədir? İkincisi, dəhlizin inkişafı regional güc balansına və geosiyasi münasibətlərə necə təsir göstərir? Üçüncüsü, onun həyata keçirilməsinə hansı siyasi, hüquqi və texniki çətinliklər mane olur və bu çətinliklərin aradan qaldırılması üçün hansı yollar mövcuddur?

Hesabat göstərir ki, TRIPP-Zəngəzur dəhlizinin işə düşməsi ticarət səmərəliliyini artıracaq, nəqliyyat xərclərini azaldacaq və Mərkəzi Asiya ölkələrinin qısa marşrutlar vasitəsilə Avropa bazarına inteqrasiyasını təmin edəcək. Dəhliz, həmçinin regional aktorlar üçün faydalıdır: Ermənistan tranzit gəlirləri və bazar imkanları qazanır, Azərbaycan nəqliyyat mərkəzi statusunu gücləndirir, Rusiya və İran isə əlavə nəqliyyat şəbəkələrində iştirak potensialını saxlayır. Hesabat TRIPP-in uğurunun üç əsas amildən - davamlı diplomatik əlaqələrdən, etimadın bərpası və müasir sərhəd idarəetmə texnologiyalarının tətbiqindən asılı olduğunu vurğulayır. Belə ki, bu amillər həm suverenliyi qoruyur, həm də səmərəli tranziti təmin edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see343

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see197

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see188

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see141

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri