İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 4 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda kibertəhlükəsizliyin mühüm istiqamətlərindən biri olan rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb.
Bu barədə AZƏRTAC-a məlumat verən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev bu sahədə mövcud problemlərin kompleks və dərindən araşdırılmasının ölkə miqyasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, aparılan tədqiqatları institutun fəaliyyət prioritetlərinə uyğun strateji istiqamət kimi dəyərləndirib.
Akademik Rasim Əliquliyev bildirib ki, ölkədə rəqəmsal kriminalistika üzrə elmi-nəzəri tədqiqatların gücləndirilməsi kibertəhlükəsizlik sahəsində müasir çağırışlara çevik və effektiv cavab verilməsinə, eyni zamanda, rəqəmsal kriminalistikanın texnoloji aspektləri üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 04 Fevral 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















