Icma.az
close
up
RU
Beynəlxalq Olimpiada və yarışlamalarla bağlı mətbuat konfransı keçirilir YENİLƏNİR

Beynəlxalq Olimpiada və yarışlamalarla bağlı mətbuat konfransı keçirilir YENİLƏNİR

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Müasir dövrdə təhsilin beynəlmiləlləşməsi fonunda beynəlxalq fənn olimpiadaları məktəblilərin elmi potensialını ortaya çıxaran, onların qlobal səviyyədə təmsil olunmasına imkan yaradan mühüm alətlərdən biri kimi çıxış edir. SİA xəbər verir ki, bu olimpiadalar şagirdlərin biliklərini ölçməklə yanaşı, onların analitik təfəkkürünü, yaradıcı yanaşmalarını və akademik istiqamətlərini inkişaf etdirməyi hədəfləyən çoxşaxəli platformalardır. Eyni zamanda, bu yarışlar müxtəlif ölkələrdən olan iştirakçıların bir araya gəlməsini, qarşılıqlı təcrübə və mədəniyyət mübadiləsini təşviq etməklə, beynəlxalq dostluq və əməkdaşlıq ruhunu gücləndirir.

Fənn olimpiadaları yalnız imtahan və medal sistemi ilə məhdudlaşmır. Onlar həm də təhsildə təşəbbüskarlıq, əzmkarlıq və məqsədyönlülük kimi keyfiyyətlərin təbliğinə xidmət edir. Bu baxımdan, onların əhatə dairəsi və akademik nüfuzu müxtəlif səviyyələr üzrə təsnif olunur.

Hazırda dünya üzrə fəaliyyət göstərən fənn olimpiadaları aşağıdakı əsas kateqoriyalara bölünür:

Birinci kateqoriyaya rəsmi beynəlxalq olimpiadalar və yarışlar daxildir. Bunlar UNESCO və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən tanınan, yüksək akademik və təşkilati səviyyəyə malik yarışlardır. Bu yarışlarda iştirak adətən yalnız rəsmi milli seçimlər və dövlət səviyyəsində və işi konkret olimpiada və beynəlxalq yarışmaların təşkili və koordinası ilə məşğul olan özəl müəssisələr vasitəsilə mümkündür. Buraya Beynəlxalq Riyaziyyat Olimpiadası (IMO), Beynəlxalq Fizika Olimpiadası (IPhO), Beynəlxalq Kimya Olimpiadası (IChO), Beynəlxalq Biologiya Olimpiadası (IBO), Beynəlxalq İqtisadiyyat Olimpiadası (IEO), Beynəlxalq İnformatika Olimpiadası (IOI), IEO (international Economics Olympiad), IOL (ınternational Linquvistik Olympiad) və digər bu kimi 15-ə yaxın olimpiada daxildir.

İkinci kateqoriyaya regional beynəlxalq olimpiadalar və yarışlar aiddir. Bu yarışlar müəyyən coğrafi bölgə çərçivəsində keçirilir və bir neçə ölkənin iştirakı ilə həyata keçirilir. Bu yarışlar, adətən, təhsildə regional əməkdaşlığı gücləndirməyə və daha geniş beynəlxalq platformalara keçid mərhələsi kimi çıxış etməyə xidmət edir. Balkan Riyaziyyat Olimpiadası (BMO), Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO), Asiya-Sakit okean İnformatika Olimpiadası (APIO) bu qrupa daxil olan nümunələrdəndir.

Üçüncü kateqoriyanı özəl beynəlxalq olimpiadalar və yarışlar təşkil edir. Bu yarışlar təhsil təşkilatları, qeyri-hökumət fondları və ya universitetlər tərəfindən həyata keçirilir. Qlobal miqyasda böyük maraqla qarşılanan bu olimpiadalar şagirdlərə geniş iştirak imkanı, müxtəlif fənlər üzrə ixtisaslaşma və bəzən beynəlxalq universitetlərlə tanışlıq fürsəti yaradır. Kangaroo, HIPPO, TIMO, IMC, SEAMO, SASMO, Copernicus Olympiad və digər bu kimi yüzlərlə yarış bu qrupa daxildir. Bu olimpiadaların təşkilatçılığı və tərəfdaş ölkələrlə əməkdaşlığı onların etibarlılıq səviyyəsini müəyyən edən əsas meyardır.

Dördüncü kateqoriyaya isə ilkin olaraq milli səviyyədə keçirilən, lakin zamanla beynəlxalq iştirakçıların cəlb olunması ilə beynəlmiləl xarakter alan yarışlar daxildir. Bu olimpiadalar əsasən bir ölkənin təşəbbüsü ilə başlayır və müəyyən müddətdən sonra digər ölkələrin də iştirakı ilə genişlənir. ABŞ Riyaziyyat Olimpiadası (USAMO), Rusiya Riyaziyyat Olimpiadası (RMM), Hindistan Milli Riyaziyyat Olimpiadası (INMO), Çin Olimpiadaları və digər oxşar nümunələr bu kateqoriyada yer alır.

Ümumilikdə, beynəlxalq fənn olimpiadalarının təxmini say göstəricisi aşağıdakı kimidir:

● Rəsmi beynəlxalq olimpiadalar: 12–15

● Regional beynəlxalq olimpiadalar: 40–50

● Özəl beynəlxalq olimpiadalar: 100–120

● Beynəlmiləlləşmiş milli yarışlar: 30–40

Cəmi: 180–220 arası müxtəlif səviyyəli fənn olimpiadası və yarışmaları mövcuddur.

Bu statistika göstərir ki, beynəlxalq olimpiadalar bir-birindən format və status baxımından fərqlənsə də, onların ortaq məqsədi məktəblilərin akademik inkişafına, intellektual potensiallarının reallaşmasına və qlobal təhsil məkanına inteqrasiyasına xidmət etməkdir.

Qeyd olunmalıdır ki, bu cür olimpiadaların bir çoxu öz fəaliyyətinə məhdud sayda ölkə ilə başlayır, lakin zamanla beynəlxalq etimad və tərəfdaşlıq qazanaraq daha geniş coğrafiyaya yayılır. Məsələn, bu gün dünyanın ən nüfuzlu akademik yarışlarından biri hesab olunan Beynəlxalq Riyaziyyat Olimpiadası (IMO) ilk dəfə 1959-cu ildə keçirildikdə cəmi altı ölkənin iştirakı ilə başlamışdır. İllər ərzində həmin yarış böyük inkişaf yolu keçərək bu gün yüzdən artıq ölkənin qatıldığı qlobal miqyaslı hadisəyə çevrilmişdir.

Bu nümunə sübut edir ki, hər bir beynəlxalq yarışma ilkin mərhələdə məhdud iştirakçı bazasına malik ola bilər. Lakin düzgün təşkilati yanaşma, şəffaflıq, akademik səviyyə və beynəlxalq tərəfdaşlıq sayəsində bu yarışmalar tədricən genişlənir, güvən və nüfuz qazanır. Hazırda belə inkişaf dinamikasını nümayiş etdirən yarışmalardan biri də FISO-dur.

FISO yarışı haqqında

FISO – Future International Science Olympiad, yəni Gələcəyin Beynəlxalq Elm Olimpiadası, 2021-ci ildən etibarən keçirilən, STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) istiqamətli beynəlxalq səviyyəli akademik yarışmadır. Yarışmanın əsas məqsədi müxtəlif ölkələrdən olan məktəbliləri bir araya gətirməklə onların elmi biliklərini nümayiş etdirmək, innovativ düşünmə və analitik qabiliyyətlərini ölçmək, eyni zamanda onları gələcəyin elmi liderləri kimi formalaşdırmaqdır.

FISO-nun yaranması zərurəti, elmi biliklərin yalnız yerli və ya milli kontekstdə deyil, qlobal miqyasda tətbiqi və paylaşımı ehtiyacından doğmuşdur. Yarışmanın formatı, müasir təhsil meyarlarına əsaslanan çoxpilləli struktur üzərində qurulmuşdur və istər akademik keyfiyyət, istərsə də təşkilati prinsiplər baxımından beynəlxalq təcrübəyə söykənir.

İlk dəfə keçirilərkən – 2021-ci ildə – FISO yalnız bir neçə ölkənin iştirakı ilə başlanğıc götürmüşdür. Lakin qısa müddət ərzində yarış öz təşkilati çevikliyi, şəffaf qiymətləndirmə mexanizmi və beynəlxalq əməkdaşlığa açıq formatı ilə diqqət çəkmiş, nəticədə iştirakçı ölkələrin sayı ilbəil artmağa başlamışdır.

2025-ci ildə FISO yarışında iştirak edən ölkələr aşağıdakılardır:

Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Laos, Kenya, Mozambik, Bolqarıstan, Vyetnam, Malayziya, Türkiyə, Rusiya, Filippin, Çin, Gürcüstan və Azərbaycan.

Bu ölkələrin bir qismi yarışmaya milli komitələr və rəsmi partnyorlar vasitəsilə qatılmış, digərləri isə fərdi və ya məktəb əsaslı iştirakla təmsil olunmuşdur. Yarışmanın coğrafiyasının bu qədər geniş olması FISO-nun yalnız regional deyil, artıq qlobal səviyyədə maraq doğurduğunu və təhsil ictimaiyyəti tərəfindən ciddi qəbul edildiyini sübut edir.

FISO-nun 2025-ci il final mərhələsi, regional və beynəlxalq təhsil mühitində tanınmış bir ali təhsil müəssisəsi olan Heriot-Watt Universitetinin Dubay kampusunda təşkil olunmuşdur. Bu universitet Birləşmiş Ərəb Əmirliklərində yerləşən və Böyük Britaniyanın rəsmi diplomunu təqdim edən nüfuzlu akademik mərkəzlərdən biridir. Məhz bu səbəbdən FISO final mərhələsinin burada keçirilməsi yarışa olan beynəlxalq etimadın göstəricisidir.

Yarışmanın strukturu təkcə imtahan mərhələsi ilə məhdudlaşmır. FISO iştirakçılarına həm də yerli universitetlərin nümayəndələri ilə tanışlıq, elm və texnologiya üzrə seminarlar, ölkənin mədəni irsini tanıtmaq məqsədi daşıyan ekskursiyalar və müxtəlif sosial proqramlar təklif edir. Beləliklə, yarış yalnız akademik mühit deyil, həm də iştirakçılar arasında şəbəkələşməni və mədəni inteqrasiyanı təmin edən çoxşaxəli platforma funksiyasını yerinə yetirir.

FISO yarışmasının bütün mərhələləri beynəlxalq təcrübəyə uyğun şəkildə həyata keçirilir:

– İştirakçıların qeydiyyatı onlayn portal vasitəsilə aparılır;

– Qiymətləndirmə prosesi beynəlxalq ekspert heyəti tərəfindən anonim kodlaşdırma əsasında aparılır;

– Nəticələr tam şəffaflıqla elan olunur və iştirakçılara beynəlxalq səviyyədə tanınan sertifikat və mükafatlar təqdim edilir.

Təəssüf ki, bəzi şəxslər və ya qruplar bu yarışma və təşkilatçılıqla bağlı qərəzli və yanlış məlumatlar yayaraq, illərlə qurulmuş beynəlxalq əməkdaşlıq mühitinə kölgə salmağa çalışırlar. Bu cür davranışlar nə FISO-nun nüfuzuna, nə də yüzlərlə şagirdin zəhmətlə qazandığı uğurlara heç bir halda təsir göstərə bilməz.

Unudulmamalıdır ki, beynəlxalq olimpiadaların və ya yarışmların formalaşması və tanınması zaman tələb edir. FISO da bu inkişaf modelini izləyərək artıq onlarla ölkənin qatıldığı, yüksək səviyyəli final mərhələləri olan və iştirakçıların akademik irəliləyişinə dəstək göstərən bir yarışmaya çevrilmişdir.

Yayılan qərəzli və böhtan xarakterli iddialara CAVAB

Son günlərdə sosial mediada və bəzi qapalı platformalarda GOC-un təşkil etdiyi beynəlxalq olimpiada və yarışlar ilə bağlı əsassız, qərəzli və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumatların yayılması təəssüf doğurur. Bu kampaniyanın başlıca iştirakçılarından biri olan Vəfa Məmmədova adlı valideyn tərəfindən yayılan iddialar təkcə hüquqi baxımdan deyil, eyni zamanda əxlaqi və peşəkar baxımdan da qəbuledilməzdir. Məsələyə aydınlıq gətirmək və ictimaiyyəti dəqiq məlumatlandırmaq məqsədilə aşağıdakı açıqlamanı təqdim edirik:

Sözügedən valideyn iddia edir ki, övladı üçün 5000 AZN ödəniş edib və bu ödəniş qarşılığında qeyri-müəyyən, beynəlxalq statusu olmayan bir tədbirdə iştiraka cəlb edilib. Əvvəla qeyd edilməlidir ki, Vəfa Məmmədova 13 may 2025-ci il tarixində GOC ilə rəsmi müqavilə imzalayıb. Həmin müqavilədə iştirakın tam şərtləri, təqdim olunan xidmətlər və ödəniş detalları açıq şəkildə qeyd olunub. Valideyn müqavilə ilə razılaşaraq, qəyyum statusu ilə səfərə qatılıb və imzası ilə bu razılığı təsdiqləyib.

Müqaviləyə əsasən valideyn üçün nəzərdə tutulan xidmətlərə təyyarə bileti, oteldə yerləşmə, gündəlik qidalanma, şəhər turları və beynəlxalq tədbirdə iştirak hüququ daxildir. Bu xidmətlər paketi üçün valideynlərə əvvəldən 1600 ABŞ dolları, şagirdlər üçün isə medal nəticələrindən asılı olaraq 1650–1700 ABŞ dolları aralığında rəsmi ödəniş təklif olunub. Bu məlumat valideynlərə həm yazılı, həm də şəxsən keçirilmiş görüşlərdə dəfələrlə izah edilib.

Ölkə mərhələsində qızıl, gümüş və bürünc medal qazanan şagirdlərin valideynləri ilə keçirilmiş məlumatlandırıcı görüşlərdə final mərhələsinə keçid və iştirak şərtləri ətraflı şəkildə izah olunub. Həmçinin, 03 iyun tarixində Özsüt restoranında təşkil edilmiş açıq süfrəli yığıncaqda səfər və tədbirlə bağlı bütün təşkilati detallar şifahi və yazılı formada iştirakçılara açıqlanıb, tərəfləri maraqlandıran suallar şirkətin mütəxəssisləri tərəfindən cavablandırılıb.

Final mərhələsi 13 iyun tarixində Dubay şəhərində başlamalı idi. Lakin həmin dövrdə İran və İsrail arasında baş vermiş regional gərginlik səbəbindən Azərbaycan komandasının yarışda iştirakı təhlükə altına düşmüşdür. Bakı-Dubay və Bakı-Abu-Dabi reysləri qeyri-müəyyən taxirə təxirə salındığından azərbaycanlı gənclərin bilik yarışmasının qlobal mərhəsində istirakı sual altında qalmışdı. Belə fors-major vəziyyətində məktəblililərimizin bilik yarışmasında iştirak həsini, onların motivasiyasını, biliklərini nümayiş etdirmək arzularını nəzərə alaraq, GOC təşkilatçı tərəflərlə danışıqlar aparmış, böyük səylər nəticəsində imtahanın Azərbaycan komandası üçün 15 iyun tarixində keçirilməsi razılaşdırılmışdır. Lakin komandamızın artan İsrail-İran gərginliyi səbəbindən gecikməsi səbəbilə, 16 iyun tarixində Heriot-Watt Universitetində — Dubaydakı nüfuzlu Britaniya universitetinin rəsmi kampusunda — müstəqil şəraitdə imtahan keçirilməsi üçün razılıq əldə edilmişdir (15 iyunda tarixində imtahan verən ölkələrin etirazına baxmayaraq).

İmtahan 16 iyun saat 12:00-da baş tutmuş, həmin gün saat 18:00-da mükafatlandırma mərasimi təşkil edilmişdir. İştirakçılara medal, sertifikat və qiymətləndirmə nəticələri təqdim olunmuş, apellyasiya prosesi keçirilmiş və maksimum bal toplayan şagirdlər üçün əlavə yazılı imtahan mərhələsi də təşkil olunmuşdur. Yəni, yarış tam olaraq akademik və təşkilati baxımdan beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilmişdir.

Bundan əlavə, imtahandan sonra əvvəlcədən vəd olunduğu kimi şagirdlər üçün müxtəlif mədəni turlar və ekskursiyalar həyata keçirilmişdir. 17 iyun tarixində baş vermiş təyyarə reysi dəyişikliyi zamanı WizAir şirkəti bilet tarixini dəyişmiş, GOC isə öz hesabına şagirdlər üçün yeni hava yolları ilə bilet təmin etmiş, onların təhlükəsiz şəkildə geri qayıtmasını təmin etmişdir. Bu, valideynlərə əlavə ödənişsiz təqdim olunmuş, məsuliyyət tam şəkildə GOC tərəfindən qarşılanmışdır.

Yuxarıda qeyd olunan faktlar göstərir ki, tədbir hüquqi, təşkilati və beynəlxalq səviyyədə tam qanuni şəkildə keçirilmiş, iştirakçılara və valideynlərə qarşı heç bir məsuliyyətsizlik və ya pozuntu olmamışdır. Vəfa Məmmədova tərəfindən yayılan “feyk, saxta olimpiada”, “şəffaf olmayan ödənişlər”, “aldadılma” kimi iddialar tamamilə əsassızdır və GOC-un nüfuzuna və əməkdaşlıq etdiyi beynəlxalq tərəfdaşlara qarşı məqsədli atılmış böhtan xarakteri daşıyır.

Qeyd etmək istərdik ki, beynəlxalq tədbir olması üçün minimal şərt 2 və ya daha çox ölkənin iştirakı tələb olunur. FISO 2025 yarışında isə 16 ölkə təmsil olunub və bu tədbir dünya üzrə 40-a yaxın ölkədə tanınan və keçirilən beynəlxalq yarışmadır.

GOC olaraq biz daim şəffaf, məsuliyyətli və qanunlara uyğun fəaliyyət göstərmişik. Lakin bu hal açıq şəkildə göstərir ki, artıq məqsədli şəkildə quruma qarşı etibar və reputasiya pozucu fəaliyyət həyata keçirilir. Bu səbəbdən, GOC-un hüquqi maraqlarını qorumaq, yayılan qərəzli və böhtan xarakterli məlumatların rəsmi qaydada və obyektib araşdırılması məqsədilə Vəfa Məmmədova barəsində məhkəmə iddiası qaldırılacaqdır. Yayılan yalan məlumatlar, böhtan xarakterli ittihamlar və ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş hərəkətlər hüquq çərçivəsində araşdırılacaq və hüquq qarşısında məsuliyyət təmin ediləcək.

GOC olaraq daim dövlətimizin və xalqımızın maraqlarına, övladlarımıza və gələcəyimizə xidmət etmək amalındayıq. Bu yolda qarşılaşdığımız haqsız hücumlara qarşı da dövlətimizin və xalqımızın sevgi və etimadına söykənərək hüquqi və ictimai cavabımızın qətiyyətli olacağını bəyan edirik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:26
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 İyun 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Türkiyə səfərindən sonra Zəngəzur dəhlizinin açılması sürətlənəcək? Deputatdan AÇIQLAMA

23 İyun 2025 18:53see368

Almaniya müharibəyə hazırlaşır

23 İyun 2025 17:59see125

Breket taxanlara qida xəbərdarlığı stomatoloq

24 İyun 2025 03:02see124

Xamneyi: İran aqressiya nümayiş etdirməyib

23 İyun 2025 23:35see122

Azad olunmuş ərazilərdə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb

23 İyun 2025 18:47see122

İranda daha bir nüvə alimi və oğlu öldürülüb Qayınanası isə güllələnib

24 İyun 2025 06:24see119

Mərkəzi Bank “Yelo Bank”a icrası məcburi sərəncam verib

23 İyun 2025 19:02see119

Vəhşi quşlar təbiətə buraxıldı Altıağacdan maraqlı görüntülər

24 İyun 2025 15:56see117

Simeone Atletiko nun qrupdan çıxmaq şansını dəyərləndirdi

23 İyun 2025 19:15see116

NATO sammiti ərəfəsində hakerlər Niderland hökumətinin saytlarına hücum ediblər

24 İyun 2025 01:00see116

Qışqırmaqla problem həll edilmir Nazir

24 İyun 2025 15:50see116

Kallas: Aİ xarici işlər nazirləri Yaxın Şərqdə uzun sürən müharibənin qarşısını almağa çağırır

23 İyun 2025 20:31see115

48 yaşı var, 13 universitet bitirib: Dünya rekordu uğrunda mübarizə aparır

23 İyun 2025 19:08see115

ADPU da “Code for Future” layihəsinin cari il üzrə yekun tədbiri keçirilib

24 İyun 2025 16:43see115

Tezliklə varlanacaq BÜRCLƏR: Pul çay kimi axacaq

25 İyun 2025 00:06see114

Ruttedən Türkiyə ilə bağlı şok: NATO ölkələri mane olur...

24 İyun 2025 22:18see113

Gürcü iqtisadçı: Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib MÜSAHİBƏ

23 İyun 2025 19:08see112

Xəzərin sağlamlaşdırılması üçün lokal deyil, regional səviyyədə əməkdaşlıq vacibdir Ekoloq

23 İyun 2025 19:01see111

KDÇ: İnter Mayami Palmeyras la heç heçə edib

24 İyun 2025 07:24see110

Azərbaycanda unun topdansatış qiymətləri AÇIQLANDI

24 İyun 2025 05:32see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri