Icma.az
close
up
RU
Beynəlxalq parlament konfransı iştirakçılarının Qarabağa səfəri başlayıb AZƏRTAC

Beynəlxalq parlament konfransı iştirakçılarının Qarabağa səfəri başlayıb AZƏRTAC

Füzuli, 8 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçılarının Qarabağa səfəri başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gəlib. Qonaqlar Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilən dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.

Füzuli ilə tanışlıqdan sonra nümayəndə heyəti Şuşa, Xankəndi və Xocalıya səfər edəcək.

seeBaxış sayı:51
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri