Icma.az
close
up
RU
Beynəlxalq pianoçular gününün musiqi palitrası Yeni Sabah

Beynəlxalq pianoçular gününün musiqi palitrası Yeni Sabah

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Beynəlxalq Pianoçular Günü” 7 noyabr tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində gənc,  istedadlı pianoçularımızla Qazaxıstanlı pianoçuların birgə ərsəyə gətirdikləri “Şərqin musiqi çalarları - Qazaxıstan və Azərbaycan musiqi incilərinin harmoniya uyumu” adlı maraqlı, rəngarəng fortepiano əsərləri nümunələrindən ibarət konsertlə izləyicilərin böyük rəğbətini qazandı. 

Konsert zamanı hər iki qardaş ölkənin fortepiano sənəti tarixinə dair hazırlanmış sənədli filmlər nümayiş olunaraq bu ənənələrin qaynaqları maraqlı faktlarla əks olundu. Tədbirin aparıcıları musiqişünaslar Nərgiz  Kərimova və Leyla Həsənova fortepiano sənətinin ağlı-qaralı dünyasına işıq salaraq, bu sənət aləmini öz yaradıcı ruhlarına qərq etmiş oldular. 

Konsertin dramaturji yüksəkişinə Qazaxıstanlı pianoçular - “Art Forum of Kazakhstan “Beynəlxalq Yaradıcılıq Təşkilatının direktoru, Qazaxıstan Musiqi Xadimləri İttifaqının üzvü, “Millətlər dostluğu” ordenli Yernazar Gimarat və Beynəlxalq Müsabiqələr laureatı, Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının müəllimi, “Art Forum of Kazakhstan” Beynəlxalq Yaradıcılıq Təşkilatının beynəlxalq əlaqələr şöbəsinin direktoru Almagul Konısbayeva ilə bahəm səhnəyə çıxmış Respublika və Beynəlxalq müsabiqələr laureatları, gənc pianoçularımız Nigar Heydərli, Samirə Musayeva, Gülnaz və Səbinə  Eldarlılar, İranə Əliyeva və Mətanət Nurullayeva bir özünəməxsusluq və şərq temperamenti qataraq milli və klassik təfsir elementləri ilə zəngin ifa üslubu nümayiş etdirmiş oldular.  

Azərbaycan bəstəkarlıq nümunələrinin mürəkkəb əsərləri ifaçılarımızın təfsirində öz dolğun ifadəsini tapmış oldu. 

Konsertin sonunda direktor Könül Hüseynovaya iki qardaş ölkənin yaradıcılıq əlaqələrinin inkişafı yolunda əməyinə görə Yernazar Gimarat tərəfindən “Art Forum of Kazakhstan” təşkilatının təşəkkürnaməsi  təqdim olundu. Könül xanım qonaqlara özünün müəllifi olduğu monoqrafiya və dərs vəsaitlərini hədiyyə edərək onların fortepiano ifaçılıq mədəniyyətindəki yeri və rolundan söhbət açdı.  

Onu da qeyd edək ki, Qazaxıstanlı musiqiçilər tək konsert proqramı ilə  kifayətlənməyərək Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri üçün Kamera ansamblı və Konsertmeyster ustalığı fənləri (müşayiət) üzrə maraqlı ustadlıq dərsləri keçirərək klassik musiqi sahəsindəki bilik və təcrübələrini gənc musiqiçilərlə bölüşmüşlər. 

Qazaxıstan Azərbaycan mədəni əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edən bu cür tədbirlər gənc musiqiçi nəslinin yaradıcı ruhda formalaşması yolunda önəm daşıyır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Noyabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri